“Apple” şirkətinin sentyabr ayında təqdim etməyi planlaşdırdığı yeni “iPhone” modeli ilə bağlı məlumatlar internetə sızıb.
“9to5Mac” yazır ki, telefonun 3 arxa kamerası olacaq.
Yeni modeldə məlumatların ötürülməsi 30 faiz daha sürətli həyata keçiriləcək. Şirkət bunun üçün super sürətli Wi-Fi texnologiyasından istifadə edəcək.
Həmçinin, iPhone 11-də digər modellərlə müqayisədə üz tanıma texnologiyası daha dəqiq işləyəcək.
Sayt telefona aid olduğunu iddia etdiyi fotonu da paylaşıb.