Penitensiar Xidmət cəzaçəkmə müəssisələrində bir neçə siyasi məhbusun aclıq aksiyası keçirməsi barədə məlumatları təkzib edib.
Modern.az yazır ki, Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, qurumun tabeliyində olan istintaq təcridxanalarında və cəzaçəkmə müəssisələrində heç bir məhkum və həbs edilmiş şəxs aclıq aksiyası keçirmir:
Bununla bağlı yayılmış məlumatlar reallığı əks etdirmir, cəmiyyətdə çaşqınlıq yaratmaq və bəzi şəxsləri gündəmdə saxlamaq məqsədi daşıyır.
Buna da bax: Aclıq aksiyasına başlayan siyasi məhbusların məktubunun tam mətni
Nə baş verib: Barəsində yeni cinayət işi başlanmış bloqqer Mehman Hüseynova dəstək məqsədilə ayrı-ayrı cəzaçəkmə müəssisələrində saxlanılan bəzi məhkumlar tərəfindən aclıq aksiyası keçirildiyi barədə məlumatlar var.