Şənbə, 17 Yanvar 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Tereza Meyə qarşı etimadsızlıq səsverməsi bu gün baş tutacaq

16 Yanvar 2019
A A
Tereza Meyə qarşı etimadsızlıq səsverməsi bu gün baş tutacaq

Tereza Mey. Foto: Sputnik / Alexey Vitvitsky

“Brexit” sazişinin parlamentdən rədd cavabı almasından sonra Böyük Britaniya baş naziri Tereza Mey çətin vəziyyətdə qalıb.

NTV yazır ki, T.Mey 3 gün ərzində hökumətin “B” (alternativ plan) planını açıqlamalıdır.
Digər tərəfdən ölkə müxalifətinin əsas təmsilçisi olan “İşçi Partiyası” Tereza Mey hökumətinə qarşı etimadsızlıq səsverməsi tələb edib.

Səsvermənin bu gün baş tutacağı gözlənilir.

Baş nazir Tereza Meyin Avropa Birliyi ilə razılaşdırdığı “Brexit” sazişinin parlamentdən keçməməsini “İşçi Partiyası”nın lideri Ceremi Korbin belə dəyərləndirib:

Bu razılaşmanın bu gecə rədd edilməsinin ən yaxşı nəticəsi ümumxalq səsverməsi olacaq. Tereza Mey hökuməti məğlub oldu.

T.Meyin parlamentdə əldə etdiyi nəticəni ölkə mətbuatı da “tarixi məğlubiyyət” kimi qiymətləndirib.

AB-nin mətbuat katibinin müavini Preben Aaman isə deyib ki, bu səsvermə ilə Böyük Britaniyanın Avropa Birliyindən sazişsiz ayrılmaq ehtimalı artıb:

Bunu istəməsək də, hazırlıq işlərinə başlayacağıq.

Bildirilir ki, hökumətini Şimali İrlandiyanın Demokratik Birlik Partiyasının (DUP) dəstəyi ilə yaradan T.Meyin bu günki səsvermədəki taleyi də bu partiyadan asılı olacaq.

Tereza Mey 2017-ci ildə baş tutan seçkidə parlamentdəki üstünlüyünü itirib. 650 nəfərlik Böyük Britaniya parlamentində hökuməti qura bilmək üçün 326 millət vəkilinə ehtiyac var. Tereza Meyin partiyası isə parlamentdə 318 millət vəkili ilə təmsil oluna bilib. Buna görə də o, hökuməti DUP-un 10 millət vəkilinin dəstəyi ilə qurub.

Nə baş verib: Dünən yerli vaxtla saat 19:00-da Böyük Britaniya parlamentində ölkənin Avropa İttifaqından ayrılma prosesinin formatını müəyyənləşdirəcək “Brexit” sazişi üzrə səsvermə keçirilib. Böyük Britaniya parlamenti “Brexit” saizişini 202 səsə qarşılıq 432 səs çoxluğu ilə rədd edib.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia