Zamirə Hacıyevanın 22 milyonluq əmlakı müsadirə edilə bilər

Böyük Britaniya hökuməti Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevaya var-dövlətin qeyri-məlum mənbəsi barədə iki order təqdim edib.

Report yazır ki, Z.Hacıyeva sərvətinin mənbəyini izah etməkdən yenə imtina edib.
Keçmiş bankirin xanımı imtinaya davam edərsə, məhkəmə onun əmlakının (Londonun qərbində, Naytsbricdəki dəyəri 11,5 milyon funt sterlinq olan malikanənin və Askotdakı dəyəri 10,5 milyon funt sterlinq olan şəhərkənarı qolf klubu) müsadirə edilməsi barədə hökm çıxara bilər.

Nə baş verib: Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin hazırda həbsdə olan sabiq sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva Britaniyada ilk dəfə tətbiq edilən “İzahedilməz Sərvət Sərəncamı” (Unexplained wealth orders,UWO)çərçivəsində həbs olunub. Bu sərəncama əsasən o, var-dövlətini hansı mənbədən əldə etdiyini açıqlamalıdır. Ötən il noyabrın 8-də isə Z.Hacıyeva zaminə buraxılıb.

Şərhini yaz

Şərhinizi yazın
Adınızı daxil edin