Bu gün Binəqədi Rayon Məhkəməsi Müsavat Gənclər Təşkilatının fəalı Elman Quliyevə 15 sutka həbs cazası verib.
Nə baş verib: Elman Quliyev 18 yanvarda Müsavat qərargahının yaxınlığında təqribən 10 nəfər polis tərəfindən saxlanılıb. Bu zaman müsavatçının əlində 19 yanvar mitinqində qaldırılması nəzərdə tutulan plakatlar olub. Plakatların üzərində “Bu vətən bizimdir!” şüarı və siyasi məhbusların şəkilləri olub.