Mehman Hüseynov. İllustrasiya: mikroskop media

Həbsdə olan bloqqer Mehman Hüseynov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət ünvanlayıb.

Report yazır ki, yanvarın 20-də imzalanmış müraciətdə bloqqer həbsxana əməkdaşını vurmadığını izah edib və 2 mart tarixində azad buraxılmasını istəyib.

O, prezidentdən araşdırmanın düzgün aparılmasına göstəriş verməsini xahiş edib.

Penitensiar Xidmətin mətbuat xidmətinin rəhbəri Mehman Sadıqov Turan agentliyinə blogerin məktubu cəzasını çəkdiyi 14 saylı cəzaçəkmə müəssisəsinin rəhbərliyi vasitəsilə göndərdiyini təsdiq edib.

Nə baş verib: Video-bloqqer Mehman Hüseynov həbs müddətinin bitməyinə iki ay qalmış yeni cinayət işində ittiham olunub. O, həbsxana əməkdaşına xəsarət yetirməkdə təqsirli bilinir. Bu ittihamla onu 5-7 il həbs gözləyir.

Şərhini yaz

Şərhinizi yazın
Adınızı daxil edin