Şənbə, 8 Noyabr 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Əfqan Muxtarlı: Bir həftədən çoxdur, məni təxribata çəkirlər

22 Yanvar 2019
A A
Əfqan Muxtarlının ailəsinə zəng etməyə maneə yaradılır

Əfqan Muxtarlı. Foto: Elmir Mirzoyev

Həbsdə olan araşdırmaçı jurnalist Əfqan Muxtarlı həyat yoldaşı Leyla Mustafayevaya zəng edib və bir həftədən çoxdur ki, təxribata çəkildiyini deyib.

Bu barədə Leyla Mustafayeva özü məlumat yayıb. Onun sözlərinə görə, Əfqan Muxtarlı telefon danışıqları zamanı deyi ki, hazırda saxlandığı 16 saylı cəzaçəkmə müəssisəsində ona qarşı təzyiqlər artıb. Ona yemək və dərman gətirən Samir Əsədli ilə telefon danışığı da qadağan edilib. Jurnalist ona oxumaq istədiyi kitabların və ad günündə göndərilən məktub və açıqcaların verilmədiyindən də şikayətlənib:

“Bir həftədən çoxdur, məni təxribata çəkirlər. Bu işdə cəzaçəkmə müəssisəsinin rəhbəri Şahin Həsənov və Kamil adlı inspektor fəallıq göstərir. Məmməd İbrahimi də burda 16 saylı cəzaçəkmə müəssisəsində şərləyib əlavə cinayət işi açmışdılar. Ehtimal var ki, eyni planı mənə də tətbiq etsinlər.

Həbsxanadakı məhbuslara sifarişlə suvenir gəmilər düzəltdirib dostlarıma göndərirdim. Cəzaçəkmə müəssisəsinin rəhbərliyi həmin məhbuslara da təzyiq edib. Həmin məhbuslar suvenir gəmilər üçün verdiyim sifarişi və pulu geri qaytarıblar”.

Ə.Muxtarlı əlavə edib ki, Mehman Hüseynova açılan yeni cinayət işinə xitam verilsə də digər siyasi məhbusların azad edilməsi üçün cəhdləri davam etdirmək lazımdır.

Nə baş verib: Gürcüstanda yaşayan araşdırmaçı jurnalist Əfqan Muxtarlı 2017-ci il mayın 29-da yaşadığı evin yaxınlığında oğurlanıb. Bundan sonra Azərbaycana gətirilib. O, dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə (318.1) və qaçaqmalçılıq (206.1) maddələri üzrə təqsirli bilinib və 6 il müddətinə azadlıqdan məhrum edilib.

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025
Bəylər Eyyubovun qardaşının 4 ölkədə 60 milyonluq mülkləri və biznes fəaliyyəti – ARAŞDIRMA
Araşdırma

Bəylər Eyyubovun qardaşının 4 ölkədə 60 milyonluq mülkləri və biznes fəaliyyəti – ARAŞDIRMA

10 Mart 2025
Frank Peloniyə qarşı aksiya keçirən QHT-lər Azərbaycan hökumətindən 3 il ərzində 124 min manatdan çox qrant alıblar
Detallı

Frank Peloniyə qarşı aksiya keçirən QHT-lər Azərbaycan hökumətindən 3 il ərzində 124 min manatdan çox qrant alıblar

18 Noyabr 2024

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia