Çərşənbə axşamı, 9 Dekabr 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Mehman Hüseynov vaxtından tez azadlığa çıxa bilər

22 Yanvar 2019
A A
Mehman Hüseynovun üzərindən pul tapılma iddiası niyə absurddur? İzah edirik!

Mehman Hüseynov. İllustrasiya: mikroskop media

Həbsdəki bloqqer Mehman Hüseynov barəsindəki əlavə cinayət işinin icraatına xitam verilib.

Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı məlumatda qeyd edilir ki, Prezident İlham Əliyevin tövsiyələrindən sonra istintaq orqanı tərəfindən M.Hüseynovun gənc olduğu, cəza çəkdiyi müddətdə intizam məsuliyyətinə cəlb edilmədiyi, islah olunma yoluna qədəm qoyduğu, ailəsində qayğıya ehtiyacı olan yaşlı və tək yaşayan atasının olduğu, törətdiyi cinayətin az ağır cinayətlər kateqoriyasına aid olmaqla, hazırda onun əməlinin və şəxsiyyətinin cəmiyyət üçün təhlükəli olmadığı nəzərə alınaraq, M.Hüseynov barəsindəki cinayət işinin icraatına xitam verilib.

Nə baş verib: Dünən Mehman Hüseynov prezident İlham Əliyevə müraciət edərək onun işinin düzgün aparılmasına göstəriş verməsini xahiş edib. Axşam saatlarında isə İlham Əliyev bloqqerin işində humanizm prinsipinin önə çəkilməsini, araşdırmanın obyektiv və ədalətli olması üçün qanunla nəzərdə tutulan bütün zəruri tədbirlərin görülməsini Baş prokurora tövsiyə edib.

Daha tez azad edilə bilərmi: Bloqqerin vəkilləri ötən ilin payızında vaxtından əvvəl azadlığa buraxılması üçün Qaradağ rayon Məhkəməsinə müraciət etmişdilər. Həmin zaman M.Hüseynovun saxlanıldığı 14 saylı cəzaçəkmə müəssisəsinin rəhbərliyi bloqqerin islah olunmadığı barədə rəy vermişdi. Məhkəmə də bu rəyə əsaslanaraq Mehmanı sərbəst buraxmamışdı. Bakı Apelyasiya Məhkəməsi də qərarı qüvvədə saxlayıb.

M.Hüseynovun vəkili Fuad Ağayev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, apelyasiya instansiyasının həmin qərarından kassasiya şikayəti veriblər. Amma Ali Məhkəmə işə baxılması gününü və hakimi hələ təyin etməyib. Belə ki, M.Hüseynov martın 2-ni gözləmədən, Ali Məhkəmənin qərarı ilə azadlığa buraxıla bilər.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia