Cümə, 5 Dekabr 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

AXCP üzvləri işgəncə altında ifadə verdiklərini deyirlər

23 Yanvar 2019
A A
AXCP fəalı deyir ki, ona işgəncə veriləndə vəkili susub

Aqil Məhərrəmli. Foto: Facebook

Rusiyada yaşayan iş adamı, Gədəbəyin keçmiş icra başçısı Saleh Rüstəmli, qardaşı oğlu Vidadi Rüstəmli, AXCP Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmli, Gənclər Komitəsi Məclisinin sədri Ruslan Nəsirli və partiyanın Nərimanov şöbəsinin sədri Babək Həsənovun məhkəməsi yanvarın 22-də davam etdirilib.

Meydan TV yazır ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxslər Aqil Məhərrəmli və Ruslan Nəsirli ifadə veriblər. Onlar mayın 25-də həbsləri və Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində işgəncəyə məruz qalmaları haqda danışıblar.

A.Məhərrəmlinin sözlərinə görə, işgəncə otağında onun ayağından vurub yıxaraq, əlləri qandallı vəziyyətdə dizüstə oturdub, ardınca da döyməyə başlayıblar. Bu üsulla işgəncə nəticə verməyəndə bədəninə tok buraxıblar:

“Baş və orta barmağıma naqil bağlayıb, tok verdilər. Əvvəl dözdüm, sonra toku artırdılar, davamlı elədilər. Gördüm, dözmək mümkün deyil, dedim ki, yaxşı, Saleh Rüstəmlidən pul almışam, amma Əli Kərimliyə verməmişəm.Axırda toku o qədər artırdılar ki, dirsəyə qədər qollarımdakı kapilyarlar partladı. Bundan sonra məndən öz istədiyim vəkildən imtina ərizəsi aldılar, telefonun kodunu dedim. Onların tələb etdiyi formada danışdım, videoya çəkdilər”.

A.Məhərrəmli bildirib ki, ona bir neçə dəfə Vidadi Rüstəmlidən zərfdən külli miqdarda dollar alıb, gətirib Əli Kərimliyə çatdırması barədə ifadəyə imza atdırıblar. Ona və Vidadi Rüstəmliyə işgəncə verib, hər ikisini üzləşdiriblər:

“İkimiz də robot kimi bizdən tələb olunanları deyirdik…”

Digər təqsirləndirilən cəbhəçi Ruslan Nəsirli bildirib ki, onu işgəncə ilə hədələyib, istənilən halda, tələb olunan ifadəyə qol çəkdirəcəklərini deyiblər.

Məhkəmə prosesi yanvarın 23-nə qədər təxirə salınıb.

Nə baş verib: A.Məhərrəmli, R.Nəsirli və B.Həsənov mayın 25-də həbs olunub. Onların həbsi barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə açıqlama yayaraq, AXCP funksionerlərini onlardan təxminən iki həftə öncə həbs olunmuş Gədəbəy rayonunun keçmiş icra başçısı Saleh Rüstəmli ilə birlikdə çirkli pul vəsaitlərini leqallaşdırmaqda ittiham edib.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia