Bazar ertəsi, 8 Dekabr 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Saleh Rüstəmov ona verilən işgəncələrdən danışıb

24 Yanvar 2019
A A
Saleh Rüstəmov ona verilən işgəncələrdən danışıb

Saleh Rüstəmov. Foto: Facebook

AXCP-yə və partiyanın sədri Əli Kərimliyə pul göndərməkdə ittiham edilən Gədəbəy rayonunun keçmiş icra başçısı Saleh Rüstəmov yanvarın 23-də Bakı Ağır Cinayətlər Məhkəməsində ifadə verib.

Meydan TV yazır ki, döyülə-döyülə Şəmkir Rayon Polis Şöbəsinə aparıldığını, orada gödəkçəsinin cibinə polislərin heroin atıldığını deyən S.Rüstəmovun sözlərinə görə, onu qadınlı-kişili bütün qohum-əqrəbasını da tutub polis şöbəsinə gətirməklə hədələyiblər. Bundan sonra o, üzərindən 30 qram heroin tapılması barədə protokolu imzalayıb.

S.Rüstəmov bildirib ki, tutularkən üzərində 7 min rus rublu, 1000 manat və 50 dollar pulunu götürüblər. O pullardan ancaq 50 dolları qaytarıblar.

Buna da bax: AXCP üzvləri işgəncə altında ifadə verdiklərini deyirlər

S.Rüstəmov bildirib ki, siyasi məhbusların ailələrinə yardım üçün 300-500 dollar göndərib. Sonradan başqa azərbaycanlılar da bu təşəbbüsə qoşulub. Ümumilikdə 12 azərbaycanlının göndərdiyi ən çox məbləğ 1200 dollar olub. Lakin Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində ondan hər ay Əli Kərimliyə 25-30 min dollar göndərməsi barədə ifadəyə imza atmağı tələb ediblər. Onun sözlərinə görə, işgəncələr nəticəsində belə ifadə verib:

“Adamın üzünə tüpürürlər, ən pis ifadələri işlədirlər. Axırda dedim ki, nə istəyirsiz yazım, deyim, ancaq o adamları çağırmayın. Qohum-əqrəbaya da dəyməyin. Çünki qardaşım oğlu Vidadinin səsini onun qışqırtısından tanımışdım”.

Məhkəmə yanvarın 25-nə qədər təxirə salınıb.

Nə baş verib: Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayaraq, S.Rüstəmov, onun qardaşı oğlu Vidadi Rüstəmli, AXCP funksionerləri Babək Həsənov, Aqil Məhərrəmli və Ruslan Nəsirlini cinayət yoluyla əldə olunmuş vəsaitlərin leqallaşdırılmasında ittiham edib. İddia olunur ki, S.Rüstəmov Rusiyadan AXCP-yə pul göndərib, həbs edilmiş cəbhəçilər də həmin vəsaitləri alıb partiya rəhbərinə çatdırıblar. İttihamda söhbət 412 min dollardan gedir.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia