FETÖ-nün Azərbaycandakı məsul şəxslərindən biri – “Zaman” qəzetinin Bakı mətbəəsinin sahibi İbrahim E. saxlanılıb.
Sputnik yazır ki, o, ötən həftə iki azərbaycanlı polisin müşayiəti ilə İstanbula aparılıb.
Nə baş verib: Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) İbrahim E. haqqında daha əvvəl yaxalanma qərarı çıxarıb. Onun yeri müəyyənləşdirildikdən sonra Azərbaycana məlumat verilib. FETÖ-çü MİT-in dəstəyi ilə Azərbaycan təhlükəsizlik qüvvələri tərəfindən keçirilən əməliyyatda saxlanılıb.