Türkiyə Parlamentinin sədri Binəli Yıldırım istefaya getmək qərarı verib.
NTV yazır ki, o, fevralın 18-də rəsmi olaraq istefa verəcək.
B.Yıldırımın bu qərarı İstanbul bələdiyyəsinin başçısı postuna namizədliyi ilə bağlıdır.
“Partiyam bələdiyyə başçısı postuna müraciət etdikdən dərhal sonra parlamentdəki vəzifəmdən getdiyimlə bağlı ərizə verəcəyəm”, – deyə sədr bildirib.
Nə baş verib: Binəli Yıldırımın parlament sədrliyindən istefası məsələsi namizədliyi açıqlandıqdan sonra mübahisə mövzusu olub.
Bələdiyyə seçkiləri bu il martın 31-də keçiriləcək.