Almaniyanın paytaxtı Berlində keçiriləcək 69-cu Beynəlxalq Film Festivalında 17 film “Qızıl Ayı” mükafatı uğrunda yarışacaq.
Hürriyet yazır ki, fevralın 7-dən 17-dək davam edəcək festival çərçivəsində 74 ölkədən 400 film göstəriləcək.
Türkiyəli rejissor Emin Alperin “Bacılar” (“Kız kardeşler”) filmi ilə yanaşı, rejissor Fateh Akının “Qızıl əlcək” (“Altın eldiven”) filmi də “Qızıl Ayı”nın namizədləri sırasındadır. Hər iki ekran əsərinin festival çərçivəsində premyerası nəzərdə tutulur.
Festival danimarkalı rejissor Lone Şerfiqin “The Kindness of Strangers” adlı filminin nümayişi ilə açıq elan ediləcək.
Mükafatlar fevralın 16-da sahiblərinə təqdim ediləcək.