“Qütb girdabı” adlandırılan soyuq hava dalğası ABŞ-da həyatı çətinləşdirib.
NTV yazır ki, soyuq hava əsasən ABŞ-ın orta-qərb hissəsində təsirli olub.
Hava şəraiti səbəbilə indiyə kimi 7 nəfər ölüb.
2500 uçuşun ləğv edildiyi, 10 ştatda poçt xidmətlərinin dayandırıldığı və məktəblərin bağlandığı bildirilir.
Soyuğun xüsusilə gecə saatlarında ölümlərə səbəb ola biləcəyi ilə bağlı xalqa xəbərdarlıq edilib. Metrologiya üzrə mütəxəssislər isə bildiriblər ki, donma və hipotermiya saniyələr ərzində öz təsirini göstərə bilər, buna görə də çöldə olarkən söhbət etmək və dərindən nəfəs almaq olduqca təhlükəlidir.
Nə baş verib: ABŞ-da son 25 ilin ən soyuq günləri yaşanır.Minnesota ştatında havanın temperaturu -18, Viskonsində -14, Şimali Dakotada -54 dərəcədir. Temperaturun -30 dərəcəyə düşdüyü Şikaqoda isə göllər donub.