Çin bu ilin ilk günlərində dünyanın ən güclü dəniz silahını sınaqdan keçirib.
Bu barədə ABŞ kəşfiyyat xidməti məlumat əldə edib.
ABŞ mediasına sızan məlumata görə, Çin ordusu ən gec 2025-ci ilə qədər həmin silahla təchiz olunacaq.
Mütəxəssislər Çinin sınaqdan keçirdiyi silahın elektromaqnetik enerji ilə işlədiyini təxmin edir. Silahın saniyədə 2.5 kilometr sürətlə 200 kilometr uzaqdakı hədəfi vura biləcəyi deyilir.