Çərşənbə axşamı, 15 İyul 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Əfqan Muxtarlı deyir ki, 16 saylı cəzaçəkmə müəssisəsinə istilik 4 saat verilir

04 Fevral 2019
A A
Əfqan Muxtarlı “Jurnalist mərdliyinə görə” mükafatının qalibi olub

Əfqan Muxtarlı Gürcüstandan oğurlanaraq Azərbaycanda məhkəməyə gətirilərkən. Foto: Reuters

Həbsdə olan araşdırmaçı jurnalist Əfqan Muxtarlının qardaşı Ramazan Muxtarlı onun müəssisədə şikayətləndiyi problemlərlə bağlı məlumat yayıb.

Əfqan Muxtarlı qardaşına deyib ki, 16 saylı cəzaçəkmə müəssisəsinə istilik sutka ərzində cəmi 4 saat verilir, o da gecə vaxtlarında.

Nəticədə məhbuslar arasında xəstəlik baş alıb gedir. Məhbusların çoxu xəstədir, öskürək, qızdırma adi hala cevrilib.Tibbi xidmət isə yoxdur. Məhbuslara verilən yemək də olduqca keyfiyyətsizdir. Lazımınca qida ilə təmin olunmurlar. Başqa bir problem məhbusların saxlanma şəraiti ilə bağlıdır. Məhbus çox, yataq yeri az. Yer çatmadığından növbə ilə yatırlar. Bu isə sutka ərzində 4 saat yuxu deməkdir.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mehman Sadıxov Meydan TV-yə açıqlamasında iddianı təkzib edib.

O deyib ki, cəzaçəkmə müəssisəsində kombi sistemi quraşdırılıb və fasiləsiz istilik verilir. Qidaların keyfiyyətsiz olması və məhbusların çox olması haqda deyilənləri də doğru saymır:

Hətta diabetli xəstələr üçün ayrıca qida verilir. Orda saxlanılan məhbusların sayı saxlanma limitindən qat-qat aşağıdır.

Nə baş verib: Gürcüstanda yaşayan araşdırmaçı jurnalist Əfqan Muxtarlı 2017-ci il mayın 29-da yaşadığı evin yaxınlığında oğurlanıb. Bundan sonra Azərbaycana gətirilib. O, dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə (318.1) və qaçaqmalçılıq (206.1) maddələri üzrə təqsirli bilinib və 6 il müddətinə azadlıqdan məhrum edilib.

Başqa təzyiqlər: Jurnalistə həm də həyat yoldaşı Leyla Mustafayeva ilə telefon əlaqəsi saxlamağa maneələr yaradılır. Telefon xəttinin “Aztelecom” tərəfindən borc olduğuna görə xaricə çıxışlarının bağlandığı bildiriblir. Amma borc barədə “Aztelecom” tərəfdən heç bir bildiriş gəlməyib.

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025
Bəylər Eyyubovun qardaşının 4 ölkədə 60 milyonluq mülkləri və biznes fəaliyyəti – ARAŞDIRMA
Araşdırma

Bəylər Eyyubovun qardaşının 4 ölkədə 60 milyonluq mülkləri və biznes fəaliyyəti – ARAŞDIRMA

10 Mart 2025
Frank Peloniyə qarşı aksiya keçirən QHT-lər Azərbaycan hökumətindən 3 il ərzində 124 min manatdan çox qrant alıblar
Detallı

Frank Peloniyə qarşı aksiya keçirən QHT-lər Azərbaycan hökumətindən 3 il ərzində 124 min manatdan çox qrant alıblar

18 Noyabr 2024
Azərbaycan hökumətinin yeni propaqanda maşını: ANEWZ – 11 milyon manata yaranan televiziya
Detallı

Azərbaycan hökumətinin yeni propaqanda maşını: ANEWZ – 11 milyon manata yaranan televiziya

12 Noyabr 2024
Dövlət büdcəsi hesabına “SeaBreeze” üçün 4 milyon 700 min manata yol çəkilib
Detallı

Dövlət büdcəsi hesabına “SeaBreeze” üçün 4 milyon 700 min manata yol çəkilib

11 Noyabr 2024

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia