Birləşmiş Ştatlar Venesuelaya hərbi müdaxilə edə bilər.
Bunu ABŞ prezidenti Donald Tramp CBS telekanalına müsahibəsində deyib.
ABŞ-ın Venesuelaya qoşun yeritmək variantını istisna etməyən D.Tramp qeyri-qanuni lider hesab edilən Nikolas Maduronun görüş tələbini rədd etdiyini açıqlayıb.