Bu gün Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib.
İclasda 2019-cu il üçün ölkə prezidentinin ehtiyat fondundan MTRŞ-a ayrılan 3 milyon manat vəsait özəl ümumrespublika televiziya yayımçıları arasında bölüşdürülüb.
Beləliklə “Lider TV”, “Xəzər TV”, “ATV”, “ARB 24” MMC, “Space TV” kanallarının hər birinə 600 min manat pul ayrılıb.