Çərşənbə axşamı, 12 May 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

“Freedom House”un yeni hesabatı: 68 ölkədə demokratiya geriləyib

05 Fevral 2019
A A
“Freedom House”un yeni hesabatı: 68 ölkədə demokratiya geriləyib

Freedom House yeni hesabat yayıb. Foto: screenshot

Freedom House demokratiya və insan haqları təşkilatı Dünyada Azadlıq 2019 (Freedom in the World 2019) hesabatını açıqlayıb.

Azadlıq Radiosu yazır ki, hesabatda 195 ölkədə demokratiya və insan haqlarının vəziyyəti təhlil edilib.

[infogram id=”dunyada-azadliq-2019-1h8n6m5lljgz2xo” prefix=”lKw”]

Hesabata əsasən Birləşmiş Ştatlardakı vəziyyət üzərində dayanıb. Bildirilib ki, Amerika demokratiyasının hazırda üzləşdiyi çətinliklər bütün dünyada siyasi hüquqları və vətəndaş azadlıqlarını sarsıdır. Amerikada demokratiyanın dərəcəsi Yunanıstan, Xorvatiya və Monqolustanın səviyyəsinə enib.

Dünyanın başqa yerlərində də avtoritarlıq demokratiyaya üstün gəlməyə başlayıb. 2018-ci il ərzində dünyanın 68 ölkəsində demokratiya geriləyib, yalnız 50 ölkədə irəliləyiş qeydə alınıb.
Son 13 ildə qlobal azadlıqlar tənəzzül etməkdə davam edib. Bu dövr ərzində azad olmayan ölkələr kateqoriyası genişlənib.

Hesabatda qeyd olunur ki, getdikcə artan sayda ölkə mühacir, sürgündə olan və diaspora üzvü olan keçmiş soydaşların hədəflənməsi ilə məşğul olub. Təşkilat keçmiş həmvətənləri xaricdə hədəfləyən və onlardan qisas alan 24 ölkəni müəyyənləşdirib. Bunların arasında Rusiya, Çin, İran, Türkiyə və Səudiyyə Ərəbistanı da var.

Azərbaycan azad olmayan ölkələr kateqoriyasında 

Hesabatda Özbəkistan və Ermənistanda gedən demokratikləşmə prosesləri təqdir olunur. Əksinə Rusiya və Azərbaycan hesabatın bir neçə yerində tənqid edilir.

Qeyd olunur ki, Rusiya prezidenti Vladimir Putin və Azərbaycan prezidenti İlham Əliyev müstəqil media və vətəndaş cəmiyyətinə qarşı repressiyalardan, dövlət resurlarından sui-istifadədən və həqiqi siyasi opponentlərin təqibindən, habelə birbaşa fırıldaqdan faydalanmaqla növbəti müddətə prezidentliklərini təmin ediblər.

Hesabata görə Azərbaycan 2019-cu ildə də azad olmayan ölkələr kateqoriyasında qalır. Onun Cənubi Qafqazdakı iki qonşusu – Ermənistan və Gürcüstan qismən azad ölkələr hesab olunub.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia