Bazar ertəsi, 8 Dekabr 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Çarlz Darvin hansı kitabları oxuyurdu?

07 Fevral 2019
A A
Çarlz Darvin hansı kitabları oxuyurdu?

Çarlz Darvin. Foto: Getty

Təkamül nəzəriyyəsinin təməlini qoyan ingilis bioloq Çarlz Darvinin mütaliə etdiyi kitabların adları açıqlanıb.

Independent yazır ki, bioloqun 1838-ci ildən başlayaraq 1860-cı ilə kimi mütəmadi olaraq oxuduğu kitabların adını bir dəftərə qeyd etdiyi üzə çıxıb. Hətta o, oxuyub bitirdiyi kitablar haqqındakı fikirlərini, bəzən isə onları hansı kitabxanadan və ya kimdən aldığını da qeyd edib.

Darvinin oğlu Fransizin xatirələrində qeyd olunanlar isə göstərir ki, bioloq kitab oxumağı sistemli şəkildə həyata keçirib:

“O, hələ oxumadığı kitabları bir rəfə, oxuyub bitirdiklərini isə başqa bir rəfə düzürdü. Oxumadığı kitabların çoxluğu onu tez-tez narahat edirdi, çünki bir çoxunu oxumamalı olduğunu düşünürdü”.

Alimin kitab siyahısında elmi kitablar üstünlük təşkil edir. Ç. Darvinin kitabxanasında əsasən bəşər övladının tarixindən bəhs edən kitablar, antropologiya və digər təbiət elmləri üzrə qələmə alınmış əsərlər yer alıb.

Ç. Darvin üçün indinin özündə də böyük oxucu kütləsinin diqqətində olan Tomas Maltusun “Populyasiya” və Adam Smitin “ Mənəviyyat nəzəriyyəsi” kitabları xüsusi əhəmiyyət kəsb edib.

Onun kitab “menyu”sunda bədii əsərlər də olub. O, Vilyam Şekspirin “Hamlet”, “Otello” və “Yaz gecəsi yuxusu” əsələrini, həmçinin Ceyn Ostinin “Mansfield parkı”nı, Con Miltonun “İtmiş cənnət”ini, Con Ueslinin və Siseronun bioqrafiyalarını, eləcə də Verqiliyin “Georgics” poemasını oxuyub, Daniel Defonun “Robinzon Kruzo” əsərini də xeyli bəyənib.

Darvinin oğlunun qeydlərinə görə atası ona Aristoteli oxumağı məsləhət görüb. Oğlu deyir ki, alim Böyük Plininin “Naturalis Historia” adlı əsərini və Niburun “Roma” əsərini oxuyub başa vura bilməyib. O, Conatan Sviftin “Stella üçün gündəlik” əsərinin isə əyləncəli olduğunu düşünüb.

Britaniya ensiklopediyası, Ceyms Kukun Sakit okeandakı kəşflərindən bəhs edən qeydləri, Şaron Ternerin “Dünyanın müqəddəs tarixi” adlı əsərləri stolüstü kitabları arasında olub.

Darvin oxuduğu kitabların heç də hamısını bəyənməyib. Məsələn, 1839-cu ilin 15 martında dəftərinə belə bir qeyd yazıb:

“Skimmed Pope” və “Draydenin şeirləri” – bunları oxumağa təkrar cəhd etmək lazım deyil”.

Çarlz Darvinin kitabxanasında çoxluq təşkil edən əsərlər:

  • Səyahət – 36 faiz
  • Təbiət tarixi – 33 faiz
  • Geologiya – 15 faiz
  • Atlaslar / Dənizçilik barədə – 7 faiz
  • Ədəbiyyat – 4 faiz
  • İstinad və rəylər – 3 faiz
  • Tarix – 2 faiz

Bildirilir ki, kitabxanadakı əsərlərin 125-i ingilis dilində, 38-i fransızca, 9-u ispanca, 9-u almanca olub. Latın və yunan dillərində isə 1 kitab tapılıb.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia