Ukrayna Mərkəzi Seçki Komissiyası Petro Poroşenkonu prezident seçkilərində namizəd kimi qeydiyyatdan keçirib.
RİA Novosti yazır ki, beləliklə bu günə qədər qeydiyyatdan keçmiş namizədlərin sayı 41-ə çatıb.
Ukraynada prezident seçkiləri martın 31-də keçiriləcək. Prezidentliyə namizədlərin qeydiyyatdan keçməsi prosesi fevralın 8-də bitəcək.