Zəlzələdən zərərçəkənlərə sığorta ödənişləri gələn həftədən etibarən verilməyə başlanacaq.
Trend yazır ki, bunu “AzSığorta” ASC-nin İdarə Heyətinin sədri Anar Talıbov deyib.
Onun sözlərinə görə, hazırda şirkətə müraciətlərin sayı 70-i keçib:
Operativ cavablandırma üçün hadisə yerində qərargah yaradılıb. Vurulan ziyanın məbləği araşdırılır.
A.Talıbov əlavə edib ki, hər sığorta halı üçün minimum sığorta ödənişi 1-1,5 min manat, maksimum məbləğ 30 min manat təşkil edəcək.