Şənbə, 20 İyun 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Elm dünyasında iz qoyan 4 qadın haqqında

11 Fevral 2019
A A
Elm dünyasında iz qoyan 4 qadın haqqında

Elmdə inqilab etmiş qadınlar. Foto: Anadolu Agentliyi

2015-ci ildə Birləşmiş Millətlər Təşkilatı (BMT) qadınların elm, texnologiya və mühəndislik sahələrinə daha çox cəlb edilməsi məqsədilə hər ilin 11 fevralını “Qadınlar və qızlar elmdə” günü elan edib.

İndinin özündə belə davam edən gender bərabərsizliyinə baxmayaraq elm aləmində inqilablara səbəb olan kifayət qədər qadın var.

Elmdə inqilab etmiş qadınlar. Foto: Anadolu Agentliyi

Dünyanın ilk kompyuter proqramçısı: Ada Lavleys

1815-ci ildə İngiltərənin paytaxtı Londonda dünyaya gəlib. Əsil adı Auqusta Ada Bayrondur.

“Cambridge” Universitetində dövrün ən tanınmış riyaziyyatçı professorlarından Çarlz Bebbic ilə riyaziyyat və məntiqlə bağlı bir çox önəmli işə imza atıb.

Ada Lavles müəlliminin “Analytical Machine” adlı primitiv kompyuteri barədə italiyalı riyaziyyatçı Luis Menabreanın 1842-ci ildə, fransızca nəşr etdirdiyi məqaləsini elmi jurnallardan biri üçün tərcümə edib. 1843-cü ildə isə o, bu məqaləyə öz qeydlərini də əlavə edərək yayımlayıb.

A.Lavles həmin qeydlərində Bernoulli rəqəmlərinin Bebbic maşını ilə necə hesablanacağından ətraflı bəhs edib. Bu metodu tarixçilər dünyanın ilk kompyuter proqramı hesab edir.

Bebbicin hazırladığı həmin maşın müasir dövrdəki kompyuterlərin bünövrəsini təşkil edib.

Elm uğrunda can verən qadın: Mariya Küri

Əslən polşalı olan fransız fizikaçı və kimyaçı Mariya Küri 1867-ci ildə dünyaya gəlib. Ən tanınmış ixtiraçı qadınlardan biridir. M.Küri radioaktivlik sahəsindəki tədqiqatları ilə subatomik hissəcik fizikasına öncülük edib. 20-ci əsrin əvvəllərində uran ilə apardığı təcrübələrdə subatomik hissəciklərin artan məhsuldarlığını aşkar edən ilk insan olub.

Bu kəşfinə görə, 1903-cü ildə fizika, 1911-ci ildə isə kimya üzrə Nobel mükafatına layiq görülüb. M.Küri bu mükafatı alan ilk qadın, Nobelə 2 dəfə layiq görülən ilk elm adamı olub.

O, hər 3 ildən bir təşkil edilən, məşhur fizikaçı və kimyaçıların toplaşdığı “Solvay Konfransı”na qatılan ilk qadın olmağı da bacarıb.

Elmi araşdırmalar apararkən həddən artıq radiasiyaya məruz qaldığı üçün qan xərçənginə tutularaq ölən M.Küri “elm uğruna can verən qadın” olaraq tarixin yaddaşında qalacaq.

HIV virusu ilə bağlı qeyri-müəyyənliyə son verən alim: Barre- Sunissi

Barre-Sunissi HIV virusunun AIDS xəstəliyinə səbəb olduğunu kəşf edən fransız alimdir.

1983-cü ildə AIDS-ə mikrob və ya virusun səbəb olub-olmadığını araşdırmaq üçün elmi qrup yaradılır.

İki həftə ərzində Barre-Sunissi təxminlərinin doğru olduğunu sübuta yetirir.

Bu virus insanın immunitet sistemini məhv etdiyi üçün ona “Human immunodeficiency virus” (HİV) adı verilir.

Barre-Sinussi daha sonrakı illərdə AIDS-in müalicəsi və xəstəliklə bağlı qaranlıq qalan digər məsələlərin aradan qaldırılması üçün əlindən gələni edib.

Daha bir Nobel mükafatçısı qadın: Rita Levi-Montalçini

R.Levi-Montalçini İtaliyanın Turin şəhərində, 1909-cu ildə dünyaya gəlib.

Tibb araşdırmaçısı kimi məşhurlaşan R. Levi-Montalcini sinir böyümə faktorunun aşkar edilməsi, sinir sisteminin inkişafı və fərqləndirilməsi ilə əlaqədar əhəmiyyətli işlər görüb.

O, həmkarı Stenli Koen ilə birgə 1986-cı ildə tibb sahəsi üzrə Nobel mükafatına layiq görülüb.

R.Levi-Montalçini 103 yaşında Roma şəhərində vəfat edib.

Azərbaycanda Media və Yayım Şurası yaradılacaq. Bu şura niyə yaxşı heç nə vəd etmir?
Detallı

Azərbaycanda Media və Yayım Şurası yaradılacaq. Bu şura niyə yaxşı heç nə vəd etmir?

16 İyun 2026
Sifarişçi Prezident Administrasiyası, icraçı Daxili İşlər Nazirliyidir – 8 il azadlıqdan məhrum edilən Rüfət Səfərovun son sözü
535.1

Sifarişçi Prezident Administrasiyası, icraçı Daxili İşlər Nazirliyidir – 8 il azadlıqdan məhrum edilən Rüfət Səfərovun son sözü

16 İyun 2026
“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia