AXCP fəalları Mahir Rüstəmli və Hidayət Rəsulzadə inzibati qaydada 15 sutka həbs edilib.
AXCP-nin yaydığı məlumata görə, onlar xuliqanlıq törətməkdə təqsirli biliniblər.
Nə baş verib: Fevralın 11-də beş nəfər partiya fəalı 30 sutkalıq həbs olunan AXCP üzvü Zahir Məmmədliyə dəstək olmaq üçün Sumqayıt Apellyasiya Məhkəməsinin qarşısında toplaşıblar. Həmin gün saxlanılan 5 nəfərdən 3-ü buraxılıb. Digər ikisi isə bu gün Sumqayıt Şəhər Məhkəməsinə çıxıb.