Milli Məclisin bu gün keçirilən plenar iclasında “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna dəyişiklik edilib.
Report yazır ki, dəyişikliklə Azərbaycanda vəkil olmaq istəyən şəxslərə yazılı test imtahanında müvəffəqiyyət qazanmadıqda yenidən ixtisas imtahanında iştirak etmək imkanı verilir.
İxtisas imtahanının ildə 1 dəfədən az olmayaraq keçirilməsi nəzərdə tutulur.