Cümə axşamı, 22 May 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Penitensiar xidmət deyir ki, Taleh Bağırzadə aclıq aksiyası keçirmir

15 Fevral 2019
A A
Taleh Bağırzadə 5, Abbas Hüseyn 2 gündür ki, aclıq aksiyası keçirir

Abbas Hüseyn və Taleh Bağırzadə. Foto: azadxeber

Taleh Bağırzadə ona qarşı hər hansı qanunazid hərəkətlərə yol verilməsi, eləcə də aclıq etməsi barədə ərizə ilə müraciət etməyib.

Bu barədə Penitensiar xidmət məlumat yayıb.

Məlumata görə, həbsxana rəisi Aftandil Ağayev 12 fevralda Taleh Bağırzadənin atası Kamil Bağırov və həyat yoldaşı Leyla İsmayılzadəni qəbul edib. Qəbul zamanı onlarla hərtərəfli söhbətlər aparılıb, T.Bağırzadəyə qarşı heç bir hüquqazidd hərəkətlərə yol verilmədiyi, vəkili və qohumları ilə görüşə, habelə telefon danışıqlarına lazımi şəraitin yaradıldığı bildirilib.

Penitensiar xidmətin rəsmi açıqlamasında deyilir ki, T.Bağırzadə onunla görüşə gəlmiş vəkil Bəhruz Bayramovla görüşdən, eləcə də telefon danışıqlarından imtina edib. Bütün bu halların hər biri müvafiq qaydada sənədləşdirilib.

Bildirilir ki, həbsxana rəisi T.Bağırzadəyə xidməti otağında qohumları ilə görüşməsi üçün şərait yaradıb. Otağa daxil olarkən T.Bağırzadə “Siz bura niyə gəlmisiniz, durun gedin. Mən gündəmdə qalmaq istəyirəm, bu mənim şansımdır. Gedin hər kəsə bildirin ki, mən aclıq edirəm”, deyib.

Xanımı nə deyir: “Müsəlman Birliyi” Hərəkatının sədri Taleh Bağırzadənin həyat yoldaşı Leyla İsmayılzadə isə onun saxlanıldığı Qobustan həbsxanasında 14 gündür aclığı dava etdirdiyini bildirir.

Leyla İsmayılzadə dünən Meydan TV-yə 12 fevralda baş tutan görüşlə bağlı bunları deyib:

“Bizi rəis Aftandil Ağayev özü qəbul elədi, daha sonra Taleh Bağırzadəni də çağırtdırdı. Onların arasında mübahisə yarandı. Çünki rəisin deyindən belə çıxır ki, Talehgilə heç bir təzyiq yoxdur, o, elə özxoşuna evə zəng eləmir, vəkillə görüşmür. Taleh Bağırzadə də dedi ki, bu qədər yalan olmaz. Evi ilə, ailəsilə telefonla danışmaq istəyir, amma ona imkan verilmir. Biz fevralın 12-də görüşdük, onda dedi ki, 12 gündür aclıq edirəm və davam etdirəcəm”.

Nə baş verib: T.Bağırzadə 2015-ci il noyabrın 26-da Nardaranda 6 nəfərin ölümü ilə nəticələnmiş polis əməliyyatı nəticəsində həbs olunub. Ona qarşı qəsdən adam öldürmə, terrora çağırış, dövlət çevrilişinə cəhd də daxil olmaqla, 20-dən çox ağır maddə ilə ittiham irəli sürülüb. İlahiyyatçı 20 il azadlıqdan məhrum edilib. T.Bağırzadə özünü təqsirli bilmir, ittihamların yalan olduğunu, polislərin evdə namaz qıldıqları vaxt insanlara silahlı hücum edib, altı nəfəri qətlə yetirdiyini bildirir.

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025
Bəylər Eyyubovun qardaşının 4 ölkədə 60 milyonluq mülkləri və biznes fəaliyyəti – ARAŞDIRMA
Araşdırma

Bəylər Eyyubovun qardaşının 4 ölkədə 60 milyonluq mülkləri və biznes fəaliyyəti – ARAŞDIRMA

10 Mart 2025
Frank Peloniyə qarşı aksiya keçirən QHT-lər Azərbaycan hökumətindən 3 il ərzində 124 min manatdan çox qrant alıblar
Detallı

Frank Peloniyə qarşı aksiya keçirən QHT-lər Azərbaycan hökumətindən 3 il ərzində 124 min manatdan çox qrant alıblar

18 Noyabr 2024
Azərbaycan hökumətinin yeni propaqanda maşını: ANEWZ – 11 milyon manata yaranan televiziya
Detallı

Azərbaycan hökumətinin yeni propaqanda maşını: ANEWZ – 11 milyon manata yaranan televiziya

12 Noyabr 2024
Dövlət büdcəsi hesabına “SeaBreeze” üçün 4 milyon 700 min manata yol çəkilib
Detallı

Dövlət büdcəsi hesabına “SeaBreeze” üçün 4 milyon 700 min manata yol çəkilib

11 Noyabr 2024
Ərkivan qəsəbəsində sakinlər evlərinin yanında tır parkı salınmasından narazıdır
Xəbər

Ərkivan qəsəbəsində sakinlər evlərinin yanında tır parkı salınmasından narazıdır

09 Noyabr 2024

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia