Şənbə, 18 Aprel 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Tramp ABŞ-da fövqəladə vəziyyət elan etmək istəyir

15 Fevral 2019
A A
Tramp ABŞ-da fövqəladə vəziyyət elan etmək istəyir

Tramp fövqəladə vəziyyətin elan edilməsi barədə danışır. Foto: Pablo Martinez Monsivais / AP

ABŞ prezidenti Donald Tramp Meksika ilə sərhəddə divar tikmək ideyasını reallaşdırmaq üçün ölkədə fövqəladə vəziyyət elan etmək istəyir.

Meduza yazır ki, bu barədə prezident Ağ Evdə keçirilən mətbuat konfransında məlumat verib. O, bu üsulla divarın tikintisi üçün lazım olan 3.6 milyard dollar pulu əldə edə biləcəyini düşünür. Fövqəladə vəziyyətin elan edilməsi prezidentə sərhəd divarının tikintisi üçün lazım olan vəsaiti Konqresdən yan keçərək almaq imkanı verəcək.

Fövqəladə vəziyyət nədir: Fövqəladə vəziyyət, ABŞ prezidentinə müvəqqəti olaraq böhranla mübarizə səlahiyyətləri verən xüsusi hüquqi rejimdir. ABŞ qanunvericiliyinə görə, fövqəladə vəziyyət prezidentə geniş səlahiyyət verir. Məsələn, o, istədiyi halda internetin fəaliyyətini dayandıra, yaxud ölkədə hərbçilərdən istifadə edə bilər. Qanunvericiliyə görə, fövqəladə vəziyyət zamanı prezident hansı hüquqlardan istifadə edəcəyi barədə əvvəlcədən Konqresə məlumat verməlidir. New York Times hesab edir ki, sərhəd divarının tikintisinə hərbiçilər cəlb oluna bilər.

Bundan əvvəl fövqəladə vəziyyət elan olunubmu: ABŞ prezidentləri 1976-cı ildə Konqresin qəbul etdiyi “Fövqəladə Hallar haqqında” Qanuna uyğun olaraq fövqəladə vəziyyət elan edə bilər. Misal üçün, 2001-ci ildə 11 sentyabr terror aktından sonra prezident Corc Uoker Buş, 2009-cu ildə isə donuz qripi epidemiyasının yayılmasından sonra prezident Barak Obama ABŞ-da fövqəladə vəziyyət elan ediblər.

Nə baş verib: Tramp administrasiyası düşünür ki, Meksika və Mərkəzi Amerikadan ölkəyə qeyri-qanuni yolla gəlmək istəyən qaçqınlar ABŞ üçün təhlükədir. Prezident sonuncu dəfə Konqresdəki çıxışında da ölkədəki bir çox problemi – narkotik satışı, kriminal hadisələr və s.-i ölkədəki qanunsuz miqrantlarla əlaqələndirib.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia