Çərşənbə, 25 İyun 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Amerikanın hüquq elmləri üzrə doktorluq dərəcəsi alan ilk afro-amerikan vətəndaşı haqqında

16 Fevral 2019
A A
Amerikanın hüquq elmləri üzrə doktorluq dərəcəsi alan ilk afro-amerikan vətəndaşı haqqında

Pauli Murey. Foto: AP

Pauli Murey. Foto: AP

Pauli Murey 20-ci əsr afrikan-amerikan insan haqları tarixinin ən əsas fiqurlarından biridir. Buna baxmayaraq akademik araşdırmalar istisna olmaqla çox tanınmır.

1910-cu ildə Amerikada doğulan Pauli erkən yaşda yetim qalıb və onu anasının valideynləri böyüdüb. Daha sonra Nyu York şəhərinə köçüb ali təhsil alan Pauli irqinə görə, daim ayrı-seçkiliyə məruz qalıb və 1940-cı ildə avtobusda yalnız ağdərili sərnişinlər üçün nəzərdə tutulan oturacaqda oturduğuna görə həbs olunub.

Sonralar Harvard Universitetində magistratura təhsili almaq istəsə də qadın olduğuna görə burada da ayrı-seçkiliklə üzləşib. Berklidə yerləşən Kaliforniya Universitetinə qəbul olub və 1960-cı ildə Yale Hüquq Məktəbində Hüquq elmləri üzrə doktorluq dərəcəsi alıb. Bununla da Amerikanın bu elmi dərəcəni alan ilk afro-amerikan vətəndaşı olub.

O, həmişə insan hüquqları, xüsusən də qadın hüquqları sahəsində çalışıb. Mütəmadi olaraq çıxışlarında irqi və cinsi diskriminasiyanı tənqid edib.

Müsahibələrindən birində o, əsas hüquqi nailiyyətlərindən biri olan “Reed v. Reed” işi haqqında danışıb.

Sali və Sesil Rid adlı boşanmış cütlük ölən oğullarının mülklərini kimin idarə edəcəyi ilə bağlı münaqişəyə girir. Onların hər ikisi İdaho məhkəməsinə müraciət edir və məhkəmə “kişilərə qadınlarla müqayisədə üstünlük verilməlidir” qərarı çıxarır. Məhkəmə Sesili mülklərin idarəçisi təyin edir. Onun keçmiş həyat yoldaşı vəkili Allen Derlə birlikdə Ali Məhkəməyə müraciət edir. Vəkil deyirdi ki, 14-cü düzəlişə görə cinsi ayrı-seçkilik qadağandır. Ali Məhkəmə Salinin lehinə qərar çıxarır və bununla da ilk dəfə Bərabər Mühafizə Maddəsi tətbiq olunmuş olur.

Pauli Murey təkcə cinsinə və irqinə görə ayrı-seçkilik, çətinliklə üzləşməyib. Onun cinsi orientasiyası da yaşadığı dövrə görə həyatını qəlizləşdirib. Demək olar ki, yeniyetmə yaşda baş tutan evliliyindən qısa müddət sonra Pauli homoseksual olduğunu kəşf edir və evliliyini sonlandırır. O, monoqam evlilik həyatı arzulayırdı. Həmçinin Pauli münasibətdə özünü kişi kimi görürdü. O həmişə saçını çox qısa kəsdirir, yubkadan daha çox şalvar geyinməyə üstünlük verir və öz adını da bəzən kişi adı ilə təqdim edirdi. Məsələn, avtobusda yalnız qaradərililər üçün nəzərdə tutulan oturacaqda oturduğuna görə həbs olunanda, özünü polis əməkdaşlarına Oliver adı ilə təqdim edib.

Amerika tarixinə irqi və cinsi ayrı-seçkiliklə mübarizə aparan hüquq müdafiəçisi kimi düşən Pauli Murey 1985-ci ildə pancreas xərçəngi xəstəliyindən vəfat edir.

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025
Bəylər Eyyubovun qardaşının 4 ölkədə 60 milyonluq mülkləri və biznes fəaliyyəti – ARAŞDIRMA
Araşdırma

Bəylər Eyyubovun qardaşının 4 ölkədə 60 milyonluq mülkləri və biznes fəaliyyəti – ARAŞDIRMA

10 Mart 2025
Frank Peloniyə qarşı aksiya keçirən QHT-lər Azərbaycan hökumətindən 3 il ərzində 124 min manatdan çox qrant alıblar
Detallı

Frank Peloniyə qarşı aksiya keçirən QHT-lər Azərbaycan hökumətindən 3 il ərzində 124 min manatdan çox qrant alıblar

18 Noyabr 2024
Azərbaycan hökumətinin yeni propaqanda maşını: ANEWZ – 11 milyon manata yaranan televiziya
Detallı

Azərbaycan hökumətinin yeni propaqanda maşını: ANEWZ – 11 milyon manata yaranan televiziya

12 Noyabr 2024
Dövlət büdcəsi hesabına “SeaBreeze” üçün 4 milyon 700 min manata yol çəkilib
Detallı

Dövlət büdcəsi hesabına “SeaBreeze” üçün 4 milyon 700 min manata yol çəkilib

11 Noyabr 2024

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia