Çərşənbə, 10 Dekabr 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Avropa Məhkəməsi öldürülən əsgərin ailəsinə 15 min avro kompensasiya təyin edib

18 Fevral 2019
A A
Azərbaycan hökuməti 11 nəfərə 64 min avro kompensasiya ödəyəcək

Avropa Məhkəməsi. Foto: John Edward Linden

Avropa İnsan Haqları Məhkəməsi hərbi xidmətə yollandıqdan bir həftə sonra evlərinə meyiti göndərilən Urxan Məmmədovun ölümü ilə bağlı qərar çıxarıb.

Azadlıq Radiosu yazır ki, məhkəmə mərhum U.Məmmədovun atası Əli Məmmədovun şikayətini təmin edib.

Bu işdə İnsan Hüquqları və Əsas Azadlıqlara dair Avropa Konvensiyasının 2-ci (yaşamaq hüququ) maddəsinin pozulduğunu təsdiqləyən məhkəmə hesab edib ki, Azərbaycan hökuməti 21 yaşlı gəncin ölümü ilə bağlı effektiv araşdırma aparmayıb.

Bildirilib ki, kommunikasiya vaxtı Azərbaycan hökuməti Strasburqa fotoları ağ-qara formada, şikayətçi Ə.Məmmədov isə onların rəngli versiyalarını göndərib. Rəngli fotolardan görünüb ki, mərhumun boyun nahiyəsində, gözünün altında da göyərtilər var. Ancaq prokurorluğun protokolunda həmin xəsarətlər qeyd olunmayıb.

Avropa Məhkəməsi əsgərin ölümünə görə 15 min avro kompensasiya təyin edib.

Nə baş verib: İyulun 14-də səhər saat 10 radələrində U. Məmmədovun atasına oğlunun ölümü barədə məlumat veriblər. Rəsmi sənədlərdə yazılıb ki, U.Məmmədov səhər saat 5 radələrində xırıldayıb, əsgərlər onu kazarmadan çıxarıb süni nəfəs verməyə çalışıblar. Ardınca da Şəki Mərkəzi Xəstəxanasına aparılsa da, artıq gec olub. Zaqatala Hərbi Prokurorluğunun hadisə yerinə baxış protokolunda yazılıb ki, ölümə aidiyyəti ola biləcək heç bir hal aşkarlanmayıb.

Baxış keçiriləndə artıq onun çarpayısını digər əsgərlər səliqəyə salmış, döşəmə isə araşdırmadan öncə xlor və kerosinlə silinibmiş. Meyitə baxış protokolunda da yazılıb ki, bədəndə müxtəlif xəsarət izləri var: kürəkdə qançır, cızıqlar, dərialtı qansızma, əlində sıyrıqlar. Meyitin fotoları da çəkilərək, sənədlərə əlavə olunub.

Zaqatala Rayon Prokurorluğu üç ay sonra bu ölüm faktı üzrə cinayət işi başlanmasının rədd olunması barədə qərar verib. Ə.Məmmədov oğlunun ölümü ilə əlaqədar prokurorluğun qərarından narazı qalaraq məhkəməyə müraciət edib. Amma yerli məhkəmələrin heç biri onun şikayətini təmin etməyib. Bundan sonra o, Avropa Məhkəməsinə müraciət edib.

 

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia