"Orbiter 1K" dronu. Foto: Aviation international news

Azərbaycan İsraildən “intihar dronları” kimi tanınan “Orbiter 1K” pilotsuz uçuş aparatları (PUA) alacaq.

“Jerusalem Post” yazır ki, Azərbaycan hökuməti PUA-ları istehsal edən İsrail firması “Auronautics” ilə 2 illik müqavilə imzalayıb. Müqaviləyə görə, Azərbaycan 13 milyon dollar ödəniş etməlidir.

“Orbiter 1K” dronları 2-3 saat havada qala bilir və hücuma keçməsinə 2 saniyə qalana qədər nəzərə çarpmır. Dron hədəfini vura bilmədikdə uzaqdan idarə edilir və geri qaytarılaraq paraşütlə yerə endirilir.

  • Azərbaycan daha öncə bu PUA-ları ala bilmirdi. Çünki İsrail “Auronautics” şirkətinin lisenziyasını dondurmuşdu. Buna səbəb isə İsrailin “Maariv” qəzetinin 2017-ci ilin avqustunda dərc etdiyi xəbər idi. Xəbərə görə, PUA-ların Azərbaycanda nümayişi zamanı firma səlahiyyətlisi dronlardan birinə 2 kiloqramlıq bomba yükləyərək Ermənistandakı hərbi bazaya hücum cəhdi edib.

  • Bu yaxınlarda şirkətin lisenziyasına qoyulan qadağa aradan qalxan kimi Azərbaycanla müqavilə imzalanıb.

Şərhini yaz

Şərhinizi yazın
Adınızı daxil edin