Çərşənbə, 10 Dekabr 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Əli Həsənovun çox uzun statusundan çıxardığımız 9 əsas fikir

19 Fevral 2019
A A
Prezidentin köməkçisi Əli Həsənovun AŞPA ilə bağlı statusundan çıxarışlar: Gələn qonaqlar ac yola salınmalıdırmı?

Əli Həsənov. Foto: APA

1 Qara niyyətlərinə ağ yalanlarla heç cür bəraət qazandıra bilmədikləri hallarda isə, iddia etməyə başlayırlar ki, guya, Azərbaycan hakimiyyətinin son qərarları və addımları yanvarın 19-da müxalifətin keçirdiyi etiraz aksiyasının nəticəsidir.

Axı ölçüsü, tutumu hər kəsə bəlli olan bir meydanda üç-beş min adamın iştirak etdiyi mitinq tribunasından hansı dəyərli və təzə fikir səsləndi, yeni proqram açıqlandı, hansı fərqli yol xəritəsi elan edildi ki, Azərbaycan hakimiyyəti onlara xüsusi diqqət yetirməli oldu?

2 İndi heç keçmiş hakimiyyət nümayəndələri də haçansa tutduqları postlara yenidən qovuşmaq üçün Əli Kərimlinin liderliyini qəbul etmir, onu öz revanş arzularının ifadəçisi kimi görmürlər. Bu təqdirdə yeni nəsil niyə öz karyera imkanlarını AXCP-nin sıralarında puç etməlidir?

3 Əli Kərimlinin sədrlik etdiyi təşkilatda son bir neçə ildə ali məktəbdən məzun olmuş, dövlət qurumlarını heç demirəm, özəl sektorda uğur qazanmış, vətəndaş cəmiyyəti qurumlarında, mətbuatda öz intellekti və istedadı ilə önə çıxmış gənclər yox səviyyəsindədir.

4 AXC hakimiyyəti illərində də xaricə təhsil almağa göndərilənlər olub. Amma o göndərişin coğrafiyası təkcə bir ölkə ilə yekunlaşırdı, tələbələr həmin ölkənin ümidinə buraxılırdı və gənclər zərurət duyulan peşə və ixtisaslara deyil, AXC hakimiyyətinin ideoloji beyinyuma, azərbaycanlıları “yenidən formatlama” siyasətinə uyğun olaraq əsasən filologiya, tarix, sosial elmlər kimi sahələrə yönləndirilmişdilər. AXC və YAP iqtidarlarının fərqi də bundadır: bizim partiya vətəndaşı dövlət və ya daha pisi, hansısa ideologiya üçün vasitə, xammal olaraq görmür.

5 Əli Kərimlinin hakimiyyətdə olduğu illərdən fərqli olaraq, bu gün şagirdlər çantaları ilə yanaşı özləri ilə məktəbə odun daşımırlar. Çünki son 15 ildə Azərbaycanda 3200 yeni məktəb tikilib və ya əsaslı şəkildə təmir olunub. Vətəndaşlarımız həmin illərdəki kimi soyuq, işıqsız, təchizatsız tibb müəssisələrindən evlərinə daha ağır xəstəliklər taparaq qayıtmırlar.

6 Azərbaycan xalqı yaxşı başa düşür ki, müxalifətin bütün kadr potensialı ASAN xidmətin bircə filialını idarə etməyə qadir deyil.

7 Əli Kərimli Azərbaycana Suriyanın “inqilab təcrübə”sini idxal etmək istəyir, Azərbaycan hakimiyyəti isə dünyaya ASAN xidmət inqilabının təcrübəsini yayır. Hakimiyyəti rüşvət və korrupsiyada ittiham etməyə aludə olan müxalifətin ölkəmizdə nümunəvi bir təsisatın yaranmasına qısqanc münasibəti başa düşüləndir. Axı cəmiyyət bu günə kimi Əli Kərimlinin təmsil olunduğu hakimiyyətin dövründə hökm sürən dərəbəylik, dövləti talanetmə, total korrupsiya və rüşvət faktlarını unutmayıb.

8 Azərbaycan hakimiyyəti yüzlərlə jurnalisti mənzillə təmin etdi, siyasi dünyagörüşünə fərq qoymadan yüzlərlə qələm sahibini kirayələrdən, yataqxanalardan ayırıb Bakının ən prestijli ərazisində ev-eşik sahibinə çevirdi.

9 Kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə tez-tez belə bir sual səslənir ki, Azərbaycan müxalifəti niyə belə zəif və perspektivsizdir? Əslində bunun səbəbkarı nə Əli Kərimlidir, nə də düşərgənin digər nümayəndələri. Çünki onlar Prezident İlham Əliyevin düşünülmüş, prinsipial milli siyasəti, dövlət başçısının müasir və qüdrətli Azərbaycan naminə açdığı yeni üfüqlər, vətəndaş təşəbbüskarlığına yaratdığı imkanlar qarşısında aciz vəziyyətdə qalmağa məhkumdurlar.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia