Çərşənbə, 10 Avqust 2022
Mikroskop
  • Xəbər
  • Vərəqələr
  • Detallı
  • İnfoqrafika
  • Sinifdən xaric oxu
  • 535.1
No Result
View All Result
Mikroskop
  • Xəbər
  • Vərəqələr
  • Detallı
  • İnfoqrafika
  • Sinifdən xaric oxu
  • 535.1
No Result
View All Result
Mikroskop
No Result
View All Result

İlham Əliyevin oğlunun Rusiyada 35 milyon dollarıq mülkü ortaya çıxdı

20 Fevral 2019
3 min read
İlham Əliyevin oğlunun Rusiyada 35 milyon dollarıq mülkü ortaya çıxdı

İlham Əliyev və Mehriban Əliyeva. İllustrasiya: proekt.media

İlham Əliyev ADA Universitetində keçirilən məzun günündə oğlu Heydər Əliyevə diplumunu təqdim edir. Foto: president.az

Azərbaycan prezidenti İlham Əliyevin oğlu Heydər Əliyevin Rublyovka-Uspen magistralında öz adına torpaq sahəsi və evi var. Bu barədə “Proyekt” nəşri “Rosreestr”a istinadən məlumat verib. Rusiyanın paytaxtı Moskvanın qərbində yerləşən bu ərazi qeyri-rəsmi olaraq Rublyovka adlanır və prestijli evlərin olduğu ərazidir.

Heydər Əliyevin “Meyendorf Bağları” adlanan qəsəbədə yerləşən sahəsi 7 min kv.m-dən çoxdur. Evin sahəsi isə 1,6 min kv metrdir.
“Proyekt” nəşrinə görə, evin qiyməti 2,3 milliard rubldur (təxminən 35 million dollar). Həmin evin yaxınlığında isə Rusiya prezidenti və Rusiyanın Baş nazirinin iqamətgahları yerləşir.

Prezident oğlu 2007-ci ildə evin sahibi olub, o zaman isə onun 9 yaşı var idi. “Rosreestr”ın məlumatına görə, bu evi ona babası Arif Paşayev alqı-satqı baş tutandan 1 il sonra hədiyyə edib.

“Proyekt” mövzu ilə bağlı Azərbaycan Prezidenti Administrasiyasına sorğu göndərsə də, buna cavab verilməyib.

Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsinin (OCCRP) daha əvvəl etdiyi araşdırmaya görə, həmin ərazidə prezidentin qızı Leyla Əliyevanın da evi var.

Mehriban Əliyevanın Böyük Yakimankada 136 kvadrat metrlik mənzili olan bina. Foto: proekt.media

“Proyekt”in araşdırmasının nəticəsinə görə, prezident və onun həyat yoldaşı Mehriban Əliyeva Böyük Yakimankada yerləşən binada 136 kvadrat metrlik mənzilin sahibidirlər. Sovet dövründə bu rayondan diplomatlar və partiya funksionerləri mənzil alırdılar. İndi burada olan evlər “Meyendorf bağları”na baxanda elə də baha deyil: Əliyevlər ailəsinin mənzili təxminən 100 milyon rubla başa gəlir, bu da demək olar ki, 1,5 milyon dollardır.

Transparency International-ın hesabatında Azərbaycan korrupsiya indeksinə görə 180 ölkə arasında 152-ci yeri tutur.

Əliyevin Bağları

Burada memar Zaha Hadid tərəfindən yaradılan dünyada şəxsi saray var. Sifarişçisi “Capital group”un həmsahibi Vladislav Doronindir.
Zaha Hadidin memarlıq bürosunun saytında yazılıb ki, buradakı şam ağaclarının və tozağaclarının hündürlüyü 20 metrə çatır. Dorninin futuristik evi ağaclar üstündə ucalır, Əliyevlərin sahəsi isə onun arxasında gizlədilib.

Vladislav Doronininin “Meyendorf Bağları”ndakı villası. Foto: proekt.media

Qəsəbənin qurucusu öz saytında zəmanət verir ki, potensial alıcının gizliliyi təmin olunacaq, çünki “yerli auditoriyanın xarakterini başa düşür” və söz verir ki, qəsəbənin ərazisinə “kənar insanlar və mətbuat” daxil olmayacaq.

Leyla Əliyevaya məxsus olan ərazinin sahəsi 7,7 min kv.metrdir, bu ərazi qardaşına məxsus olan evdən bir neçə ev kənardadır. L.Əliyeva da qardaşı kimi bu bahalı daşınmaz əmlaka gənc yaşda, yəni 20 yaşında sahib olub.

İndi həmin qəsəbədə yerləşən ərazini və eyni sahəyə malik olan evləri 2,3 milyard rubl (təxminən 35 milyon dollar) qiymətindədir.
Rublyovkadakı saray – yeganə hal deyil ki, Əliyevlər öz əmlaklarını Heydər Əliyevin adına keçirirlər. 2009-cu ildə, yəni cəmi 11 yaşında, o, Dubayda 9 sarayın sahibi olub. O zaman üçün sarayların qiyməti 44 milyon dollar idi. Dubayda Leyla və Arzu Əliyevalara da məxsus villalar var.

Əliyevlərin binasında yaşayan sakin, “Proyekt”in əməkdaşına bildirib ki, onların nümayəndəsi müntəzəm olaraq evə gəlir, poçt və fakturaları götürür.

“Rosreestr” çıxarışlarında bu mənzilin sahibləri haqqında heç bir məlumat yoxdur. Bu isə o zaman mümkündür ki, mənzilin mülkiyyət hüququ 1998-ci ildən əvvəl alınsın.

Son yazılar

ABŞ Belarus hakimiyyətinin 100 nümayəndəsinə viza məhdudiyyəti qoyub

by Mikroskop
09 Avqust 2022
0
ABŞ Belarus hakimiyyətinin 100 nümayəndəsinə viza məhdudiyyəti qoyub

Amerika Birləşmiş Ştatları Belarus hakimiyyətinin 100 nümayəndəsinə viza məhdudiyyəti qoyduğunu elan edib. Bu haqda ABŞ-ın dövlət katibi Entoni Blinkenin bəyanatında...

Read more

Zelenski Qərbə çağırış edib ki, sərhədlər ruslar üçün tamamilə bağlansın

by Mikroskop
09 Avqust 2022
0
Zelenski Qərbə çağırış edib ki, sərhədlər ruslar üçün tamamilə bağlansın

Ukrayna prezidenti Vladimir Zelenski Qərb ölkələrinə səslənərək Rusiya vətəndaşlarının öz ərazilərinə girişini qadağan etməyə çağırıb. O, bu haqda “The Washington...

Read more

Səlim Müslümovun üzərinə həbs qoyulan əmlakları məlum olub

by Mikroskop
08 Avqust 2022
0
Səlim Müslümovun üzərinə həbs qoyulan əmlakları məlum olub

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri, hazırda ev dustaqlığına olan Səlim Müslümovun müsadirə olunan əmlaklarının tam siyahısı təqdim edilib. "Report"un...

Read more

“Bayraktar” Ukraynada zavod tikəcək

by Mikroskop
08 Avqust 2022
0
“Bayraktar” Ukraynada zavod tikəcək

Türkiyənin pilotsuz uçuş aparatı istehsalçısı olan “Bayraktar” Ukraynada zavod tikintisinə başlayacaq. Bu barədə Ukraynanın Türkiyədəki səfiri Vasili Bodnar “RBK-Ukrayna”ya müsahibəsində...

Read more

Laçın və Kəlbəcərin 6 dəfə atəşə tutulduğu deyilir, tərəflər bir-birini ittiham edir

by Mikroskop
08 Avqust 2022
0
Laçın və Kəlbəcərin 6 dəfə atəşə tutulduğu deyilir, tərəflər bir-birini ittiham edir

Azərbaycan Müdafiə Nazirliyi sutka ərzində atəşkəsin 10 dəfə pozulması haqda məlumat yayıb. Açıqlamada atəşin 6-sının Ermənistan ərazisindən açıldığı bildirilib. Ermənistan...

Read more
Facebook Twitter Youtube Instagram Telegram

"Keçmişdə senzura informasiya axınını blok edərək işləyirdi. 21-ci əsrdə isə senzura insanları lazımsız informasiya axınına məruz qoyaraq işləyir. İnsanlar sadəcə bilmirlər ki, nəyə diqqət eləsinlər, onlar tez-tez vaxtlarını əhəmiyyətsiz məsələləri araşdırmağa, müzakirə etməyə sərf edirlər. Qədimdə gücə malik olmaq informasiyaya çıxışa malik olmaq anlamına gəlirdi. Bu gün isə güc nəyi iqnor etməyi bilmək anlamına gəlir". (c) Yuval Noah Harari.
Biz lazımsız informasiyanı iqnor edib, bilməli olduğunuz məlumatları çatdırırıq. Bunu da bacardıqca ən qısa, ən izahlı və ən yaxşı vizuallaşdırılmış şəkildə edirik.

Abunə ol

Yeniliklərimizdən xəbərdar ola bilmək üçün saytımıza abunə ola bilərsiniz.

  • Xəbər
  • Vərəqələr
  • Detallı
  • İnfoqrafika
  • Sinifdən xaric oxu
  • 535.1

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • Vərəqələr
  • Detallı
  • İnfoqrafika
  • Sinifdən xaric oxu
  • 535.1

© MikroskopMedia

  • Azərbaycan