Şənbə, 17 Yanvar 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Qardaşı: Bank əməkdaşını işin içindən çıxarıb, Əbülfəzi həbsdə saxlamaq istəyirlər

01 Mart 2019
A A
Qardaşı: Bank əməkdaşını işin içindən çıxarıb, Əbülfəzi həbsdə saxlamaq istəyirlər

Əbülfəz Sadıqbəyli, Kamran Abbasov (Nikoil bankın əməkdaşı). Foto: şəxsi arxiv / facebook. Kollaj: mikroskop media

Hər məhkəmədə hakim başqa bir şey deyir. Belə görünür ki, onu işin içindən çıxarıb, Əbülfəzi həbsdə saxlamaq istəyirlər.

Bunu Müsavat Partiyası Gənclər Təşkilatının dələduzluq və sənəd saxtalaşdırmaqda ittiham olunan sədri Əbülfəz Sadıqbəylinin qardaşı Vasif Sadıqbəyli deyib. Onun sözlərinə görə, ötən məhkəmədə hakim mülki iddiadadan əlavə, orada göstərilən qədər məbləğdə dövlətə pul ödənilsə işə xitam verilə bilər. Dünən baş tutan prosesdə isə, deyildi ki, kim ödəsə, ancaq həmin şəxsin işinə xitam veriləcək. V.Sadıqbəyli hesab edir ki, baş verənlərin səbəbkarı bankın əməkdaşı Kamran Abbasov olduğu halda, onu məsuliyyətdən yayındırmaq istəyirlər:

Vaxtilə borcun tam ödənilməsi barədə arayış alınanda banka ödənilməli olan və qardaşımın ona verdiyi 5 min 100 manatı Əbülfəzin həbsindən dərhal sonra gətirib bizə qaytardı. İndi isə daha 11 min ödəyəcək. Əgər adamın özünün iddia etdiyi kimi, günahı yoxdursa, 30 minə yaxın pulu niyə və necə ödəyir? Belə görünür ki, onu işin içindən çıxarıb, Əbülfəzi həbsdə saxlamaq istəyirlər.

Əbülfəz Sadıqbəylinin borcu ödəməsi ilə bağlı arayış. Foto: Vasif Sadıqbəyli

Ə.Sadıqbəylinin borcun tam ödənilməsi ilə bağlı arayışı və onun saxta olmadığı ekspertiza zamanı sübut olunub. Amma K.Abbasov arayışı verdiyini təsdiqləsə də pulu aldığını inkar edir, deyir ki, Ə.Sadıqbəylinin əmisi oğlu Asif Sadıqlı ilə dost olduğuna görə pul almadan arayış verib. Asif Sadıqlı isə bunu inkar edir.

Vəkilimiz Osman Kazımov Kamran Abbasova sual verdi ki, əgər pul almayıbsa, onda niyə Əbülfəzin həbsindən dərhal sonra onun ailəsinə 5 min 100 manatı qaytarıb? Əvvəlcə təkzib etsə də, sonradan təsdiqlədi və əlavə etdi ki, guya, yardım kimi verib. Hakim də anladı ki, bank əməkdaşı yalan danışır. Çünki sual yaranır ki, onun bizə bu boyda yardım etməkdə nə marağı ola bilər? – deyə V.Sadıqbəyli əlavə edib.

Nə baş verib: “Nikoil” bank Müsavat Partiyası Gənclər Təşkilatının sədri Əbülfəz Sadıqbəyliyə qarşı mülki iddiasından imtina edib. Bank artıq şikayətçi də deyil. Fevralın 20-də məhkəməyə bu barədə ərizə təqdim olunub. Məhkəmə fevralın 27-də hökm çıxaracaq.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia