Fevralın 21-də AXCP Yasamal Rayon Gənclər Komitəsinin sədri Məhərrəm Rzayevi mülki geyimli şəxslər saxlayıblar.
Turan yazır ki, Nizami Rayon Polis İdarəsindən fəalın ailəsinə onun inzibati qaydada həbs edildiyini deyiblər. Amma fəalın nədə günahlandırıldığı və neçə sutka həbs cəzası aldığı açıqlanmayıb.
Fevralın 19-da isə Milliyyətçi Gənclər Təşkilatı İdarə Heyətinin üzvü Zakir Kərimli saxlanılıb.
Bu barədə D18 Hərəkatının rəhbəri Ruslan İzzətli bildirib. Məlumata görə, Z Kərimli Yasamal Rayon Məhkəməsinin qərarı ilə 15 sutkalığa həbs olunub.