Cümə, 5 Dekabr 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Samsung öz “Unpacked” tədbirində nələr təqdim edib?

01 Mart 2019
A A
Samsung öz “Unpacked” tədbirində nələr təqdim edib?

Samsungun "Unpacked" tədbiri. Foto: techradar

Dünyanın ən böyük mobil telefon istehsalçılarından biri Samsung “Unpacked” adlandırdığı tədbirdə yeni cihazlar təqdim edib. Bu yazıda şirkətin tədbir zamanı təqdim etdiyi yeniliklər sıralanıb. Ələkbər Məmməddən xahiş etdik ki, təqdim edilən cihazlar haqqında bizi məlumatlandırsın. Getdik!

Galaxy Fold – qatlana bilən ekranlı smartfon

“Galaxy Fold”. Foto: androidcentral.com

Bu il istehsalçı şirkətlərin qatlana bilən smartfonlar təqdim edəcəyi gözlənilirdi. Samsung da bu prosesdən geri qalmaq istəmədi və ötən gün baş tutan tədbirdə Galaxy Fold adlı mobil cihazı təqdim etdi.

Açıq vəziyyətdə 7.3 düym ekranı olan cihaz istifadəçiyə planşet təcrübəsi təqdim edir. Qatlanması üçün xüsusi elastik ekrana sahib olan cihaz OLED texnologiyasına sahibdir. Şirkət digər istehsalçılardan fərqli olaraq, büküldüyü zaman ikinci ekranın tamamilə passiv vəziyyətdə qalmasını təmin edib.

Cihazın digər xüsusiyyətləri:

  • Əsas çip: Samsung Exynos 9820
  • RAM: 12 GB
  • Yaddaş seçimləri: 512 GB və 1 TB
  • Batareya tutumu: 4380 mAh

Yeni smartfon aprelin 26-dan satışa çıxacaq və qiyməti 1980 ABŞ dolları olaraq.

Galaxy S10 / S10+ / S10e – yeni flaqman modellər

Tədbirdə ən çox gözlənilən model Galaxy S10 və S10 Plus cihazları da təqdim edilib. Cihazın ən nəzərəçarpan yenilikləri dizayn, ekran və barmaq izi texnologiyası üzərində olub.

Ekran: Yeni modellər “Infinity O” adlanan ekranla təmin olunub. Bu ekran son dövrlərə qədər olunan “kəsikli ekran” dizaynından fərqli olaraq, damcı şəklində bir kəsiklə təmin olunub. Bu kəsikdə ön kameralar yer alır, digər sensorlar isə üst ekranın arxasındadır. Bu o deməkdir ki, ekran 2 deyil, 3 hissədən ibarətdir və ən yuxarı hissə sadəcə qoruma məqsədlidir və hazırki ekranlarda istifadə etdiyimiz qoruyucu üzlük f unksiyasını daşıyır. S10 və S10+ modellərində kənarları əyilmiş ekran yer aldığı halda, S10e modelinin ekranı tamamilə düzdür.

Dizayn: Əvvəlki modeldən bəzi fərqli cəhətləri olan yeni flaqman modellər ağ, qara və yaşıl olmaqla 3 fərqli rəngdə təqdim olunub. Galaxy S10 Plus modeli seramik korpusa malikdir və ona görə də bu model 2 əlavə rəng seçimi ilə təqdim olunur; seramik ağ və seramik qara. Cihazlar suya və toza tamamilə dayanıqlıdır və qalınlığı 7.8 mm-dir. Üçüncü model olan S10e isə digərlərinə nisbətən daha geniş rəng seçimi ilə gəlir.

Performans: Yeni modellər ABŞ-da Snapdragon 855 (Qualcomm), Avropada isə Exynos 9820 (Samsung) çipsetinə sahibdir. Hər iki çipset də 7nm texnologiyası ilə istehsal olunub və süni intellektə malikdir. Çipsetlərin hər ikisinin 5G şəbəkə texnologiyası dəstəyi va. Bu da o deməkdir ki, ilk dəfə olaraq daxili istehsalçının 5G dəstəyinə sahib çipset istehsalı (Exynos 9820, Samsung istehsalıdır) olub. Yaddaş olaraq S10+ ən yüksək seqmentasiyada 1 TB yaddaş imkanı təqdim edir.

Təhlükəsizlik: Şirkət S10 və S10+ modellərində barmaq izi oxuma texnologiyasını ekrana inteqrasiya edib. Bu o deməkdir ki, cihazlar barmaq izini ekran üzərindən qəbul edə biləcəklər. S10e modelində isə barmaq izi skaneri cihazın sağındaki açma/bağlama düyməsindədir.

Kamera: S10 və S10+ modellərində 3 ədəd arxa kamera var. Kameraların xarakteristikasına gəldikdə isə, hər üç cihazdaki iki kamera 12 MP keyfiyyətindədir və 77 dərəcəlik panorama dəstəyi var. Əsas kamera Dual Pixel və Dual Aperture texnologiyalarını dəstəkləyir, yəni çəkilmiş fotoların pikselləri iki dəfə yoxlamadan keçərək dəqiqləşdirilir. Kameranın Ultra Wide Panorama xüsusiyyəti ilə daha böyük ərazini əhatə edən panoramik fotolar çəkmək mümkündür.

Həmçinin S10+ modeli dünyanın ilk HDR10+ video çəkə bilən smartfonu olaraq açıqlanıb. Hər üç cihazda da 4K Ultra HD video, OIS (optik görüntü sabitləmə), Super Slowmotion, zəif işıqda fotonun çəkilmə sürətini artırma, portret rejimi (Stage Night) xüsusiyyətləri mövcuddur. Hər üç cihazın ikinci kamerasının keyfiyyəti 16 MP-dir və ultra panoramik lensi var. S10 və S10+ modelində olan üçüncü kamera isə sadəcə telefoto xüsusiyyətinə sahibdir və 13 MP görüntü keyfiyyətinə malikdir. Ön kameralara gəldikdə isə, ən yüksək seqment olan S10+ modelində 2 ön kamera var. Əsas kameranın 10 MP görüntüsü və 4K Ultra HD video keyfiyyəti var, ikinci kamera isə sadəcə portret rejimində daha keyfiyyətli nəticələr almaq üçün dərinlik sensorlarına malikdir.

Batareya: Bütün S10 modellərində telefonun arxa tərəfində enerji paylaşımı texnologiyası mövcuddur. Bu o deməkdir ki, telefonları bir-birinə yaxınlaşdıraraq enerji paylaşmaq mümkün olacaq. Batareya tutumu isə S10 – 3400 mAh, S10+ – 4100 mAh, S10e – 3100 mAh olaraq müəyyənləşdirilib.

Qiymətlər

Qiymətlər keçən ilki versiyalarından o qədər də fərqlənmir:

  • Galaxy S10 – 899$
  • S10+ – 999$
  • S10e – 749$

Əlbəttə ki, bunlar başlanğıc qiymətlərdir və seçilmiş parametrlərə uyğun qiymətlərdə dəyişikliklər olacaq. Cihazlar 8 martdan etibarən satışda olacaq.

Galaxy S10 – Xüsusiyyətlər

“Galaxy S10”. Foto: techradar.com
  • Ekran: 5.8 düym, HDR10+ texnologiyası, AMOLED sinematik sonsuz ekran, 3040×1440, Gorilla Glass 6 ilə qorunur, 550 ppi piksel keyfiyyətinə sahibdir.
  • Çipset: Qualcomm Snapdragon 855, Exynos 9820 (7 nm)
  • Arxa kamera: 12 MP (f/1.5) + 16 MP (f/2.2)
  • Ön kamera: 10 MP (f/1.9), Dual Pixel, 4K UltraHD
  • RAM: 8 GB
  • Yaddaş: 128 GB / 512 GB
  • Şəbəkə: WiFi 6, Bluetooth 5.0, NFC, USB-C
  • Batareya: 4100 mAh, naqilsiz enerji, sürətli enerji imkanları
  • Dayanıqlılıq: suya və toza qarşı, IP68 sertifikatı
  • Səs: Dolby Atmos səs keyfiyyəti

Galaxy S10+ – Xüsusiyyətlər

  • Ekran: 6.4 düym, HDR10+ texnologiyası, AMOLED sinematik sonsuz ekran, 3040×1440, Gorilla Glass 6 ilə qorunur, 522 ppi piksel keyfiyyətinə sahibdir.
  • Çipset: Qualcomm Snapdragon 855, Exynos 9820 (7 nm)
  • Arxa kamera: 12 MP (f/1.5) + 16 MP (f/2.2) + 12 MP (f/2.4), üç kamera
  • Ön kamera: 10 MP (f/1.9), Dual Pixel, 4K UltraHD + dərinlik sensoru
  • RAM: 6 GB / 8 GB / 12 GB
  • Yaddaş: 128 GB / 512 GB / 1 TB (512 GB daxili + 512 GB yaddaş kartı olaraq)
  • Şəbəkə: WiFi 6, Bluetooth 5.0, NFC, USB-C
  • Batareya: 4100 mAh, naqilsiz enerji, sürətli enerji imkanları
  • Dayanıqlılıq: suya və toza qarşı, IP68 sertifikatı
  • Səs: Dolby Atmos səs keyfiyyəti

Galaxy S10e – Xüsusiyyətlər

  • Ekran: 5.8 düym, HDR10+ texnologiyası, AMOLED sinematik sonsuz ekran, 2280×1080, Gorilla Glass 6 ilə qorunur, 522 ppi piksel keyfiyyətinə sahibdir.
  • Çipset: Qualcomm Snapdragon 855, Exynos 9820 (7 nm)
  • Arxa kamera: 12 MP (f/1.5) + 16 MP (f/2.2)
  • Ön kamera: 10 MP (f/1.9), Dual Pixel, 4K UltraHD
  • RAM: 6 GB
  • Yaddaş: 128 GB
  • Şəbəkə: WiFi 6, Bluetooth 5.0, NFC, USB-C
  • Batareya: 3100 mAh, naqilsiz enerji, sürətli enerji imkanları
  • Dayanıqlılıq: suya və toza qarşı, IP68 sertifikatı
  • Səs: Dolby Atmos səs keyfiyyəti

Galaxy S10 5G – 5G dəstəkli model – Xüsusiyyətləri

Şirkət yeni Galaxy ailəsinə bir üzv daha əlavə edib. Yeni modelin digərlərindən fərqli xüsusiyyəti onun 5G şəbəkə texnologiyasına sahib olmasıdır. Bu səbəbdən telefonun arxa tərəfində 5G loqosu yer alır.

  • Ekran: 6.7 düym, AMOLED, Quad HD+ keyfiyyət,
  • Çipset: Exynos 9820 (7 nm)
  • Arxa kamera: : 12 MP (f/1.5) + 16 MP (f/2.2) + 12 MP (f/2.4), üç kamera
  • Ön kamera: 10 MP (f/1.9), Dual Pixel, 4K UltraHD
  • RAM: 8 GB
  • Yaddaş: 256 GB (yaddaş kartı dəstəyi yoxdur)
  • Şəbəkə: WiFi 6, Bluetooth 5.0, NFC, USB-C
  • Batareya: 4500 mAh, naqilsiz enerji, sürətli enerji imkanları
  • Dayanıqlılıq: suya və toza qarşı, IP68 sertifikatı
  • Səs: Dolby Atmos səs keyfiyyəti

Modelin nə zaman satışa çıxacağı məlum deyil. Ehtimal edilir ki, bu ilin yay aylarında ön sifarişdə ola bilər.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia