Fevralın 22-də Gəncə İnzibati-İqtisadi Məhkəməsi vəkil Yalçın İmanovun işi üzrə yekun qərar çıxararaq onun vəkillik fəaliyyətinə xitam verib.
Bu barədə novator.az-a danışan vəkil deyib ki, qərarın ləğvi üçün apelyasiya məhkəməsinə müraciət edəcək.
Nə baş verib: Vəkillər Kollegiyasının Rəyasət Heyəti 2017-ci il noyabrın 20-də Yalçın İmanovun vəkillik fəaliyyətinə xitam verilməsi üçün məhkəməyə müraciət qərarı qəbul edib. Məhkəmə baxışına qədər Yalçın İmanovun vəkillik fəaliyyəti dayandırılıb.
Səbəb: Rəyasət Heyətinin qərarı Penitensiar Xidmət rəhbərliyinin şikayəti əsasında çıxarılıb. Həmin şikayətdə bildirilib ki, Yalçın İmanov hüquqlarını müdafiə etdiyi Abbas Hüseynova Qobustan həbsxanasında işgəncə verilməsi haqda yalan məlumat yayıb.