AXCP üzvü Turan İbrahim bir neçə saat əvvəl iş yerindən naməlum istiqamətə aparılıb.
Partiya üzvlərinin verdiyi məlumata görə, o, mülki geyimli şəxslər tərəfindən “10 CC 010” dövlət nömrə nişanlı “Hyundai Genesis” markalı maşınla saxlanılıb.
Turan İbrahimin atası Məmməd İbrahimin Mikroskop-a verdiyi məlumata görə, bir neçə dəqiqə əvvəl yenidən oğlunun iş yerinə gələrək onun telefonunu axtarıblar:
İş yerində olan çantasından bir telefon götürüb gediblər. Gələnlər “99 AP 035” dövlət nömrə nişanlı “Nissan” markalı avtomobildə olublar. Onlardan biri Turan İbrahimi aparanlardan biri olub.
Hazırda partiya fəalının harada olduğu bilinmir.