Çərşənbə, 10 Dekabr 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Gecənin qalibləri “Oscar” haqqında nə düşünürlər?

25 Fevral 2019
A A
Gecənin qalibləri “Oscar” haqqında nə düşünürlər?

Oscar gecəsindən qalib ayrılanlar. Foto: oscar.go.com

Amerika Kino Akademiyası 91-ci Oscar mükafatı mərasimində bu il bir çox ilklər yaşandı. Xüsusilə də qaradərililərin ərsəyə gətirdsiyi filmlərin böyük maraqla qarşılanması diqqət çəkdi.

Bəs gecədən qalib ayrılanlar “Oscar” haqqında nə düşünürlər?

Rami Malek. Foto: ABC/Craig Sjodin

“Bohemian Rhapsody” filmində Fredi Merkurini canlandıraraq “Oscar” alan Rami Malek: Bu güclü insanda (Fredi Merkuridə) həm təklik, həm də narahatlıq hissi var idi. Bu iki hissi əlaqələndirə bildim. Mənə etimad göstərən və bu problemin öhdəsindən gələ biləcəyimə inandıran böyük sənətkarlara təşəkkür edirəm.

Piter Farrelli. Foto: Kris Pizzello/ shutterstock

Ən yaxşı film seçilən “Green book”un rejissoru Piter Farrelli: “Mesajımız o idi ki, bir-birimizlə söhbətləşsək, mütləq ortaq nöqtələrimiz olduğunu görəcəyik. Bəzən ümid yoxmuş kimi görünür. Halbuki eləməli olduğumuz tək şey ünsiyyət qurmaq, danışmaqdır. Pollyana kimi səslənə bilərəm, ancaq dediklərim həqiqətdir.

Maherşala Əli. Foto: Vanity Fair

“Green Book” filmindəki roluna görə mükafatlandırılan Maherşala Əli: Çox şadam. Buradakı cənabların hamısı buna layiq idi və mənim yerimdə ola bilərdi. Həyatımda rolu olan hamıya təşəkkür edirəm.

Rut Karter. Foto: Elle.com

“Black Panther” filmi ilə ən yaxşı kostyum dizaynı nominasiyasında qalib gələn dizayner, bu nominasiya üzrə “Oscar” alan ilk qaradərili qadın Rut Karter: Qaradərili, yaradıcı insanlar üçün qapı açdıq. Bu başqa qaradərililərin də mənim kimi “Oscar” sahibi ola biləcəyini göstərir. Bu gecə üçün çox xəyal qurdum, çox dua etdim. Çünki bu sahədəki gənclər üçün nə məna kəsb etdiyini bilirəm.

Oliviya Kolman. Foto: Hellomagazine

“The Favourite” filmində canlandırdığı kraliça obrazına görə mükafat alan Oliviya Kolman: Sizinlə hisslərimi bölüşə bilmədim. Gələn il hisslərimi düzgün şəkildə ifadə edəcəyəm. Amma indi özümlə nə edəcəyimi bilmirəm. Belə vəziyyətdə kraliça Enn deyərdi ki, keks bişir, çoxlu ye və xəstələn.

Rayka Zehtabçi. Foto: Getty images

Ən yaxşı qısa sənədli film nominasiyasının qalibi “Period. End of Sentence”in rejissoru, “Oscar” qazanan ilk iran əsilli amerikalı qadın Rayka Zehtabçi: Filmi ilk izləyənlər arasında kənddəki qadınlar da var idi. Özləri ilə fəxr etdilər. Bu onların həyatında bir çox şeyi dəyişib. Həqiqətən xoşbəxtik.

Bekki Neyman Kobb və Domi Şi. Foto: Jordan Strauss/AP

Ən yaxşı qısa animasiya nominasiyasında qalib gələn “Bao”nun ssenaristi və rejissoru Domi Şi: Biz çox xoşbəxtik. “Bao” Akademiya və dünya tərəfindən qəbul olundu. Bu yaxınlarda “Pixar” qadın rejissorların ərsəyə gətirdiyi daha 2 film istehsal edib. “Bao” cığır açdı. Bir çox sahədə ilklərə addım atmağın xoşbəxtliyini yaşayırıq”.

“Bao” filminin prodüsseri Bekki Neyman Kob: “Oscar” mükafatları mərasimlərini izləyərək böyümüşəm. Bizim evdə həmin gecə bayram kimi qeyd edilirdi. Axşam yeməyini yeyərkən izləyə biləcəyimiz şou idi. İndi burada olduğum reallığını ağlım dərk edə bilmir.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia