AXCP üzvü Turan İbrahim sərbəst buraxılıb.
Mikroskop-a danışan fəal deyib ki, dünən onu 17-ci bölməyə aparıblar.
Bir gecə saxladılar. Məhkəməyə gedəcəkdim, hər şey hazır idi. Səhər buraxdılar və dedilər ki, bir də buralara gəlmə.
Gənc fəala saxlanılmasının səbəbi açıqlanmayıb:
Niyə saxlanıldığımı bilmədim. Sadəcə dedilər ki, özünü yaxşı aparmırsan.
Nə baş verib: Turan İbrahim dünən iş yerindən naməlum istiqamətə aparılıb. O, mülki geyimli şəxslər tərəfindən “10 CC 010” dövlət nömrə nişanlı “Hyundai Genesis” markalı maşınla saxlanılıb. Turan İbrahimin atası Məmməd İbrahim Mikroskop-a deyib ki, oğlunun iş yerinə gələrək onun telefonunu da aparıblar. Partiya fəalının harada olduğu isə naməlum idi.