Çərşənbə axşamı, 12 May 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

5 ölkə və ortaq maraqlar – Donald Trampla Kim Çen İnin görüşündən nə gözlənilir?

27 Fevral 2019
A A
Tramp və Kimin bədən dili nə deyir? İzah edirik!

Tramp və Kim sənədlərin imzalanması mərasimindən sonra. Foto:: Jonathan Ernst / Reuters

Bu gün Şimali Koreya lideri Kim Çen İn ilə Amerika Birləşmiş Ştatları (ABŞ) prezidenti Donald Tramp arasında baş tutacaq görüşdən çıxan nəticələr regiondakı digər ölkələrə – Yaponiya, Cənubi Koreya, Çin – də təsir edəcək. Odur ki, Vyetnamın paytaxtı Hanoyda baş tutacaq tarixi zirvə görüşünü hamı maraqla gözləyir.

Görüşdə əsas müzakirə mövzusu nüvə silahları olacaq.

Bəs regiondakı ölkələr bu görüşdən hansı nəticələrin əldə edilməsini istəyir?

Tramp və Kim sənədlərin imzalanması mərasimindən sonra. Foto:: Jonathan Ernst / Reuters
  • Şimali Koreyanın istəyi:

Siyasi ekspertlər Kimin nüvə silahlarından asanlıqla vazkeçəcəyini ehtimal etmirlər.

Buna baxmayaraq, Kim ölkəsini beynəlxalq təcrid siyasətinin qurbanı etmək istəmir və Şimali Koreyaya qarşı sanksiyaların aradan qaldırılmasında maraqlıdır. Kim ABŞ-ın Cənubi Koreya və Yaponiyadakı hərbi birliklərini geri çağırmağını da istəyir.

Onun bu mövzularda Trampla necə razılığa gələcəcəyi, hansı vədlər verəcəyi isə naməlum olaraq qalır.

  • Donald Trampın istəyi:

ABŞ prezidenti üçün ən əsas məsələlər;

  • Şimali Koreyanın nüvə silahından təmizlənməsi prosesi üçün tarix müəyyənləşdirmək,

  • Kimi ölkənin qapılarını beynəlxalq nəzarətçilərə açmağa razı salmaq,

  • Ölkənin sahib olduğu nüvə silahlarının inventarını əldə etməkdir.

Tramp Vyetnama yola düşməzdən öncə yazdığı tvitdə Şimali Koreyanın nüvə silahlarından əl çəkdiyi təqdirdə dünyanın ən böyük iqtisadi güclərindən biri ola biləcəyini bildirib:

Şimali Koreya hər hansı bir ölkə ilə müqayisədə daha çox sürətli böyümə potensialına malikdir.

  • Cənubi Koreyanın istəyi:

Bu ölkə Tramp ilə Kim Çen İnin zirvə görüşündə Koreya müharibəsinin sona yetdiyini elan etmələrini gözləyir. Həmçinin, ABŞ-ın Şimali Koreyaya qoyduğu sanksiyaları aradan qaldırması Cənubi Koreyanın iqtisadiyyatına da müsbət təsir edə bilər.

  • Çinin istəyi:

Şimali Koreyanın nüvə silahları Çini narahat edən mövzulardan biridir. Çin Şimali Koreyanın iqtisadi böhran keçirməsindən və bu böhran səbəbilə sərhədlərinə minlərlə miqrantın gəlməsindən ehtiyat edir. Şimali Koreyaya qoyulan sanksiyaların aradan qaldırılması Çin iqtisadiyyatına da müsbət təsirini göstərəcək.

  • Yaponiyanın istəyi:

Şimali Koreyanın nüvə silahları ən çox Yaponiyanı narahat edir. Kimin nüvə silahından əl çəkməsi Yaponiyanı xeyli sevindirəcək. Yaponiya ABŞ-ın təkcə uzaq məsafə silahlarını yox, yaxın məsafəli roketləri də qadağan etməyini istəyir.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia