Çərşənbə axşamı, 17 İyun 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Rəssamlar haqqında çəkilmiş ən yaxşı filmlər

03 Mart 2019
A A
Rəssamlar haqqında çəkilmiş ən yaxşı filmlər

Frida filmindən bir səhnə. Foto: Pinterest

27 fevral Dünya Rəssamlar Günüdür. Rəssamların həyat və yaradıcılığı haqda bir çox detalın yer aldığı kifayət qədər çox film çəkilib.

Mikroskop rəssamlar haqqında çəkilmiş filmlərdən bir neçəsini təqdim edir:

1

Frida

Fridanı aktrisa Salam Hayek canlandırıb. Foto: Cinestylography

Üsyankar təbiəti, enerjisi və əzablara meydan oxuyan ruhu ilə Frida heç kimin diqqətindən yayına bilməz. Filmdə Frida ilə Meksikanın o dövrdəki ən məşhur rəssamı Dieqo Rivyera arasındakı qəribə eşq əhvalatı da təsvir olunub. Filmin musiqisi isə ayrıca diqqətə layiqdir, hətta “Ən orijinal film musiqisi” nominasiyasında “Oskar”a layiq görülüb.

2

Modigliani (Modilyani)

Endi Qarsiya Modilyani rolunda. Foto: Pinterest

Rejissor Maykl Devis bioqrafiya elementləri ilə məşhur rəssam Modilyani barədə dram yaradıb. Filmdə Modilyani və Pikasso arasındakı sərt rəqabət, onların təkəbbürü, ehtirasları barədə maraqlı səhnələr yer alıb. Modilyaninin eşqlə ərsəyə gətirdiyi qadın təsvirlərinin ardındakı məna sizi valeh edəcək.

3

Girl with a Pearl Earring (Mirvari sırğalı qız)

Məşhur obraza Skarlet Yohanson həyat verib. Foto: Pinterest

1665-ci il, Hollandiyanın Delft şəhəri. 16 yaşlı Qriyet xidmətçi olaraq rəssam Yohannes Vermeyerin evinə gəlir. Tezliklə o, üzərində rəssamın diqqətini hiss edir. Bir dəfə Vermeyer Qriyetə yeni əsəri üçün poza verməyi təklif edir. Beləliklə də məşhur şedevr yaranır.

4

Lust for Life (Həyat eşqi)

Film 1956-cı ildə çəkilib. Foto: tcm.com

Film yaşadığı dövrdə qəbul edilməyən rəssam Vinsent Van Qoqun faciəvi taleyi barədədir. İrvinq Stonun “Yaşamaq yanğısı” əsəri əsasında ərsəyə çəkilib. Məşhur rəssam haqqında çəkilmiş ən uğurlu filmlərdən biri hesab edilir.

5

Factory Girl (Mən Endi Uorholun ağlını başından aldım)

Film 2006-cı ildə ərsəyə gəlib. Foto: moviefone.com

Endi Uorhol – pomidor supunun bankasını kult əşyaya çevirən rəssam və rejissor. O, Nyu-Yorkda yerləşən məşhur “Fabrika” klubunun təsisçisidir. Burada Uorhol öz muzası İdi Secviklə tanış olur.

6

Little Ashes (Keçmişin sədaları)

Salvador Dalini məşhur aktyor Robert Pettinson canlandırıb. Foto: robertpattinsonworldwide.com

Federiko Qarsiya Lorko ilə Salvador Dali arasındakı dostluqdan bəhs edir. Filmin adı Salvador Dalinin 1927- ci ildə yaratdığı sürrealist əsərdən götürülüb. Dali bütün həyatı boyu deyib ki, Federiko ilə tanışlıq onun həyatının ən vacib hadisələrindən biridir.

7

My Left Foot (Mənim sol ayağım)

Film 1989-cu ildə çəkilib. Foto: imdb

Film irlandiyalı yazıçı və rəssam Kristi Braunun həyatını əks etdirir. O, bütün ömrü boyu sağalmaz xəstəlikdən – serebral iflicdən əziyyət çəkib. Braunun anasına və ailəsinə sevgisi onu həyatdan küsməyə qoymayıb. Cəsarətli rəssam şikəst və yarasız adam olmağı qəbul etmir və sol ayağının barmaqları ilə rəsm çəkməyə başlayır. “My left foot” iki “Oskar” mükafatı qazanıb.

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025
Bəylər Eyyubovun qardaşının 4 ölkədə 60 milyonluq mülkləri və biznes fəaliyyəti – ARAŞDIRMA
Araşdırma

Bəylər Eyyubovun qardaşının 4 ölkədə 60 milyonluq mülkləri və biznes fəaliyyəti – ARAŞDIRMA

10 Mart 2025
Frank Peloniyə qarşı aksiya keçirən QHT-lər Azərbaycan hökumətindən 3 il ərzində 124 min manatdan çox qrant alıblar
Detallı

Frank Peloniyə qarşı aksiya keçirən QHT-lər Azərbaycan hökumətindən 3 il ərzində 124 min manatdan çox qrant alıblar

18 Noyabr 2024
Azərbaycan hökumətinin yeni propaqanda maşını: ANEWZ – 11 milyon manata yaranan televiziya
Detallı

Azərbaycan hökumətinin yeni propaqanda maşını: ANEWZ – 11 milyon manata yaranan televiziya

12 Noyabr 2024
Dövlət büdcəsi hesabına “SeaBreeze” üçün 4 milyon 700 min manata yol çəkilib
Detallı

Dövlət büdcəsi hesabına “SeaBreeze” üçün 4 milyon 700 min manata yol çəkilib

11 Noyabr 2024

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia