Gürcüstanın prezidenti Salome Zurabişvili Azərbaycana rəsmi səfərə gəlib.
Salome Zurabişvilini Baş nazirin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Nadir Hüseynov və digər rəsmi şəxslər qarşılayıblar.
Azərbaycan Prezidentinin Mətbuat xidmətinin yaydığı məlumata görə, Salome Zurabişvilinin prezident İlham Əliyevlə təkbətək görüşü olub.