Ümumdünya Ədalət Layihəsi “Hüququn Aliliyi İndeksi 2019” adlı hesabat yayımlayıb.
Hesabata görə son 2 ildə dünyanın bir çox ölkəsində hüququn aliliyi geriləyib. Bu isə dünyada avtoritarizmin artmasının əlaməti hesab edilir.
Son 4 ildə Polşa, Bosniya və Herseqovina, Serbiyada hüququn aliliyi sahəsində daha çox geriləmə müşahidə olunub.
İndeks üzrə ən yaxşı göstəricilər Danimarka, Norveç və Finlandiyaya məxsusdur. Sonuncu üç yeri Konqo Demokratik Respublikası (124), Kamboca (125) və Venesuela (126) tutur.
Gürcüstan 41, Rusiya 88, İran 102-cidir.
- Azərbaycanın adı isə hesabatda yer almayıb.