Çeçenistanda yalnız qadınlar üçün nəzərdə tutulan taksilər fəaliyyətə başlayacaq. Bu barədə məlumatı Çeçenistanda yerləşən Şeyx Zeyd adına fond yayıb. Fondun Instagram hesabından paylaşılan videoda qeyd olunur ki, taksilər çeçen dilində “qızlar” mənasını verən “Mekxari” adlandırılacaq. Videoda deyilir:
”Qadın taksiləri” dini normalar baxımdan qadınlara uyğun olacaq və təbii ki, sürücülər qadın olacaq.
Layihəni Zeyd fondunun kredit komitəsi təsdiqləyib.
RİA yazır ki, çeçen qadınlar indiyə qədər taksidən istifadə etməyə çox da meyilli olmayıb. Bunun səbəbi yad kişi ilə eyni yerdə olmağın dinə uyğun olmamağıdır. Bu da qadınları narahat edib.
Şeyx Zeydin adına olan fond müxtəlif fəaliyyət sahələrinin və innovasiyaların inkişafı məqsədi ilə 2017-ci ildə yaradılıb.