Müsavat Partiyası Gənclər Təşkilatının sədri Əbülfəz Sadıqbəylinin Qaradağ Rayon Məhkəməsində növbəti məhkəmə prosesi keçirilib.
Dövlət ittihamçısı onun 2 il 6 ay şərti olaraq azadlığa buraxılmağını istəyib. Qaradağ Rayon Məhkəməsində keçirilən prosesdə bu gün hökm oxunacağı gözlənilir.
Nə baş verib: Əbülfəz Sadıqbəyli 2018-ci ilin noyabrında həbs olunub. O, dələduzluq və saxta sənəd hazırlayıb ondan istifadə etməkdə ittiham olunub. Gənc fəalın fevralın 20-də baş tutan məhkəməsində Nikoyl Bank ona qarşı mülki iddiadan imtina edib və şikayətçi olmadıqları haqqında barışıq ərizəsi təqdim edib.