Prezident İlham Əliyev teatr sənətinin inkişaf etdirilməsi, teatr və konsert müəssisələri işçilərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə sərəncam imzalayıb.
Sərəncama əsasən dövlət büdcəsindən maliyyə yardımı alan teatr və konsert müəssisələrində çalışan işçilərin aylıq vəzifə maaşları orta hesabla 50 faiz artırılıb.
Yeni maaşlar 2019-cu il martın 1-dən hesablanır.