ABŞ-ın texnologiya nəhəngi “Apple” “Netflix” şirkətinə rəqib olmağa hazırlaşır.
NTV yazır ki, “Apple” şirkətinin bu məqsədlə yaradılan yeni əlavəsinin təqdim ediləcəyi tarix də müəyyənləşib. 25 martda baş tutacaq təqdimat mərasimi üçün şirkət “it’s show time” (şou vaxtıdır) şüarını seçib.
Mərasim Kaliforniyanın Kupertino şəhərindəki “Apple” kampusunda olacaq.
Şirkətin bu layihə üçün 2 milyard dollar xərclədiyi deyilir.
Məlumata görə, adıçəkilən əlavəni aprel ayından etibarən bütün “Apple” məhsullarına yükləmək, “Netflix”də olduğu kimi abunəlik sistemi ilə ödəniş etdikdən sonra film və seriallar izləmək mümkün olacaq.