Çərşənbə, 10 Dekabr 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

İlk cümləsi ilə yadda qalan əsərlər

13 Mart 2019
A A
İlk cümləsi ilə yadda qalan əsərlər

İllüstrasiya: goodr test eçen yoxlayiram

Bunu hər əsərə aid etmək mümkün olmasa da bədii əsərlərin bir qismi məhz ilk cümləsinin cəlbediciliyi, yaddaşa həkk olunma gücünə görə daha çox təsir edir, daha çox yadda qalır.

Kult.az bu əsərlərin bir qismini seçib.

Frans Kafka – “Çevrilmə”

İllüstrasiya: goodreads

Bir səhər gecənin narahat yuxusundan ayılan Qrezor Zamza başa düşdü ki, elə yatağındaca əcaib bir həşərata çevrilib.

C. D. Selincer – “Çovdarlıqda uçurumdan qoruyan”

Əgər, siz, doğrudan da, mənim başıma gələn bu sarsaq əhvalata qulaq asmaq fikrindəsinizsə,onda, yəqin, birinci bunu bilmək istəyəcəksiniz ki, mən harada və haçan anadan olmuşam,uşaqlığım hansı bəd əməllərlə əlamətdar olub, mən doğulanacan valideynlərim nə işin sahibi olublar və sair və ilaxır, qısası Devid Kopperfild sicilləməsi; ancaq, düzünü bilmək istəsəniz,mənim bu cür köhnə palan içi tökməyə heç həvəsim yoxdur. Əvvəla, ona görə ki, belə şit şeylərdən zəhləm gedir.

Lev Tolstoy – “Anna Karenina”

“Bütün xoşbəxt ailələr bir-birinə bənzəyirlər,bədbəxt ailələrin isə hərəsi bir cür bədbəxtdir”.

Çarlz Dikens – “İki şəhərin əhvalatı”

“Həm müdriklik, həm də axmaqlıq zamanı idi. İnanc, eyni zamanda inkar dövrü idi. Bir tərəfdən aydınlanma, digər tərəfdən də zülmət çağı yaşanırdı. Ümidin baharıydı, bədbinliyin qışı. Hər şeyimiz var idi, amma heç bir şeyimiz yox idi. Hər birimiz birbaşa cənnətə gedirdik, amma hamımız eyni zamanda cəhənnəmə də gedirdik.”

F. S. Fitscerald – “Möhtəşəm Qetsbi”

“Toy vaxtı atam bir nəsihət vermişdi, hələ də qulağımda sırğadır: “Nə vaxtsa birini tənqid etməyə çalışsan, unutma ki, hər kəs səninlə eyni şəraitdə doğulmayıb!”

Duqlas Adams – “Avtostopçunun qalaktika cədvəli”

1978-ci il, Duqlas Adams (sağdan üçüncü) “Avtostopçunun galaktika cədvəli” əsərinin BBC radiosunda səsləndirilməsinə nəzarət edir. Foto: BBC

“Qalaktikanın Qərbi Dolanbac Qolunun bir küncündə, hələ xəritəsi belə çəkilməyən ucqar nöqtədə, gözdən uzaq, xırda və sarı bir günəş var. Bu günəşin orbitində, yüz qırx səkkiz milyon kilometrlik nəhəng bir məsafədə, tamamilə lazımsız və mavi-yaşıl rəngli, xırda bir planet fırlanır. Planetin meymun əcdadından törəmiş canlıları o qədər ibtidaidir ki, rəqəmsal qol saatının hələ də möcüzəvi bir şey olduğunu düşünürlər.”

Çak Palanik – “Tıxanma”

“Əgər bunu oxumağı qarşınıza məqsəd qoymusunuzsa, fikrinizdən daşının”.

Orxan Pamuk- “Yeni həyat”

“Bir gün bir kitab oxudum və bütün həyatım dəyişdi”.

Albert Kamyu – “Yad”

“Bu gün anam öldü, ya da dünən, dəqiq yadımda deyil”.

 

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia