Novruz bayramı ərəfəsində imzalanacağı gözlənilən sərəncamda 55 siyasi məhbusun adı təklif olunub. Bunu Mikroskop-a İşçi Qrupun üzvü, hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib. Onun sözlərinə görə, təqdim olunan siyahıda 25 nəfər də digər məhbusların adı daxil edilib.
Prezident İlham Əliyevin Novruz bayramı ərəfəsində əfv sərəncamı imzalayacağı gözlənilir.