Cümə, 14 Noyabr 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

ABŞ Dövlət Departamenti Azərbaycanda polisin işgəncə ilə “etiraf” aldığını deyir

14 Mart 2019
A A
ABŞ Dövlət Departamenti Azərbaycanda polisin işgəncə ilə “etiraf” aldığını deyir

Mike Pompeo ABŞ Dövlət Departamentinin hesabatını məruzə edir. Foto: Andrew Harnik / AP

ABŞ Dövlət Departamentinin 2018-ci ildə dünya ölkələrinin insan haqlarına və fundamental azadlıqlara münasibətini dəyərləndirən hesabatı açıqlanıb.

Hesabatın Azərbaycana aid 40 səhifəlik hissəsində ölkədə baş verən hüquq pozuntuları ətraflı təsvir edilib.

Polis işgəncəsi

Azərbaycanda polis nəzarətində olan insanların tez-tez işgəncələr və qəddar rəftarla üzləşdiyini qeyd olunan hesabatda polisin saxlanılan şəxslərdən zor gücünə “etiraf” aldığını yazılır. İşgəncə növləri sırasında dəyənəklə ayaqların altına vurulması və bədənə elektrik şoklarının verilməsi göstərilir.

Həbsxanalardakı vəziyyət

Vəziyyəti monitorinq edən qrupun bildirdiyinə görə, Azərbaycanda həbsxanalarda vəziyyət həyati təhlükə daşıyır. Belə ki, kameralar həddindən artıq dolu, istilik və ventilyasi sistemi yararsız və lazimı tibbi xidmət mövcud deyil. Buna misal olaraq AXCP-nin göz əməliyyatından məhrum edilən və daha sonra gözünə daimi zədə dəyən müşaviri Məhəmməd İbrahimi göstərmək olar.

Azərbaycan həbsxanalarında məhbus ailələri öz yaxınlarına baş çəkmək, məhbusların televizora baxmaq, ayaqyoluna gedə bilmək və kənardan ərzaq almaq üçün rüşvət verməli olurlar.

Hesabat da o da qeyd olunub ki, siyasi məhbuslara müxətlif növ məhdudiyyətlər tətbiq edilir.

Mətbuata senzura

Hesabatda deyilir ki, qanunlar ölkədə ifadə və mətbuat azadlığını təmin edib, mətbuatda senzuranı qadağan etsə də, hökümət bu qanunları pozur. Jurnalistlər hədələnib, bəzi hallarda isə döyülüb və ya həbs olunub. Hökümət media orqanlarını və ölkədə və xaricdə olan jurnalistlər və onların qohumlarına təzyiq göstərməkdə davam edib.

2018-ci il IREX Medianın Davamlılığı İndeksində əsas xəbər media orqanlarının hakim elitanın nəzarəti altında olduğu və yalnız onların məqsədlərinə uyğun xəbərləri işıqlandırdığı qeyd olunub.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

13 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia